Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya prezidenti Vladimir Putin Sloveniyada casusluq ittihamı ilə mühakimə olunmuş, mübadilə çərçivəsində Rusiyaya qayıdan casus cütlük - Anna Dultseva ilə Artyom Dultsevi gizli (elan olunmayıb) fərmanla "Şücaət" ordeni ordeni ilə təltif edib.
Reyting.az bildirir ki, bu barədə "Razvedçik" nəşri məlumat yayıb.Məlumatı dolayısı ilə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə məxsus saytda dərc olunmuş jurnaldakı material da təsdiqləyir.
Dultsevlərin mükafatlandırılması ilə bağlı rəsmi açıqlama verilməsə də, jurnal onlardan müsahibə götürüb, həmçinin onların haqqında bioqrafik məlumatlar verib.
Məhz bu materiallarda qeyd olunur ki, onlar "Şücaət" ordeni ilə təltif olunublar.Lakin Putinin Dultsevlərin təltif edilməsi haqqında verdiyi fərmanı tapmaq mümkün olmayıb.Qeyd edək ki, 2009-cu ildə Dultsevlər ailəsi kəşfiyyatda xidmət etmək üçün xüsusi "təklif alıb", bundan sonra üç il xüsusi təlim keçib və 2012-ci ildən isə Rusiya xaricində olublar.Müsahibə verən Rusiya casusları ilk dəfə Nijni Novqorodda tanış olduqlarını, həm də hər ikisinin artıq kəşfiyyatçı olduqları zaman görüşdüklərini söyləyiblər.
"Ciddi bir işimiz, bizim birgə terrorla mübarizə missiyamız var idi.
Tapşırıq isə təxminən bir həftəlik idi", -deyə Rusiya dövlətinin lehinə əri ilə birlikdə casusluq edən Anna Dultseva bildirib.Gələcək planları barədə sualı cavablandıran Artyom Dultsev isə deyib: "İndi əsas məsələ uşaqlara uyğunlaşmaq və dil öyrənməkdə kömək etməkdir.
Mən onlara gözəl ölkəmizi tanıdıb göstərmək istərdim. Onda təbii ki, yenidən xidmətə davam etməyə hazırıq, hələ qarşıda çox işlər görmək ist