Icma.az
close
up
RU
Putin casuslarla bağlı gizli fərman verib

Putin casuslarla bağlı gizli fərman verib

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Rusiya prezidenti Vladimir Putin Sloveniyada casusluq ittihamı ilə mühakimə olunmuş, mübadilə çərçivəsində Rusiyaya qayıdan casus cütlük - Anna Dultseva ilə Artyom Dultsevi gizli (elan olunmayıb) fərmanla "Şücaət" ordeni ordeni ilə təltif edib.
Reyting.az
bildirir ki, bu barədə "Razvedçik" nəşri məlumat yayıb.
Məlumatı dolayısı ilə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə məxsus saytda dərc olunmuş jurnaldakı material da təsdiqləyir.
Dultsevlərin mükafatlandırılması ilə bağlı rəsmi açıqlama verilməsə də, jurnal onlardan müsahibə götürüb, həmçinin onların haqqında bioqrafik məlumatlar verib. Məhz bu materiallarda qeyd olunur ki, onlar "Şücaət" ordeni ilə təltif olunublar.
Lakin Putinin Dultsevlərin təltif edilməsi haqqında verdiyi fərmanı tapmaq mümkün olmayıb.
Qeyd edək ki, 2009-cu ildə Dultsevlər ailəsi kəşfiyyatda xidmət etmək üçün xüsusi "təklif alıb", bundan sonra üç il xüsusi təlim keçib və 2012-ci ildən isə Rusiya xaricində olublar.
Müsahibə verən Rusiya casusları ilk dəfə Nijni Novqorodda tanış olduqlarını, həm də hər ikisinin artıq kəşfiyyatçı olduqları zaman görüşdüklərini söyləyiblər. "Ciddi bir işimiz, bizim birgə terrorla mübarizə missiyamız var idi. Tapşırıq isə təxminən bir həftəlik idi", -deyə Rusiya dövlətinin lehinə əri ilə birlikdə casusluq edən Anna Dultseva bildirib.
Gələcək planları barədə sualı cavablandıran Artyom Dultsev isə deyib:
"İndi əsas məsələ uşaqlara uyğunlaşmaq və dil öyrənməkdə kömək etməkdir. Mən onlara gözəl ölkəmizi tanıdıb göstərmək istərdim. Onda təbii ki, yenidən xidmətə davam etməyə hazırıq, hələ qarşıda çox işlər görmək istəyirik".

Xatırladaq ki, 2022-ci ildə Sloveniyada casusluq ittihamı ilə məhkum olunan Anna və Artyom Dultsevlər Rusiya Federasiyası ilə Qərb ölkələri arasındakı böyük məhbus mübadiləsi çərçivəsində avqust ayının 1-də Rusiyaya qayıdıblar. Ailəli casuslarla birlikdə iki uşaq da dönüb - doqquz yaşlı oğlan və 12 yaşlı qız.
Sloveniyada Dultsevlər uzun bir zaman əfsanə pərdəsi altında Argentina sənədləri ilə yaşayıblar. Məhz buna görə də, bu ölkənin xüsusi xidmət orqanları da hesab edirdi ki, həmin rusiyalı cütlüklər çox uzun müddət "yatmış agent" olublar və yalnız 2022-ci ildə, Avropa ölkələrində casusluqda şübhəli bilinən rusları kütləvi şəkildə qovmağa başlayandan sonra bu cütlük aktivləşməklə, ələ keçib.
Nəşr xüsusi vurğulayır ki, o vaxt Qərblə mübadilə çərçivəsində ölkəyə qaytarılmış ruslarla görüşən Putin nümayişkaranə şəkildə onları mükafatlandıracağına söz vermişdi:
"İndi mən hərbi xidmətlə bağlı fəaliyyətə davam edənlərə, həmçinin xidmətdə olanlara müraciət etmək istəyirəm. Siz öz andınıza, borcunuza və həm də sizi bir dəqiqə belə yaddan çıxarmayan vətənə sədaqətinizə görə hər ikinizə də təşəkkür etmək istəyirəm. Həmçinin xidmətinizdə görə, siz dövlət mükafatlarına namizəd göstəriləcəksiniz".
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://reyting.az
archiveBu xəbər 10 Dekabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri