Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Donald Trampın bu həftə “Rosneft” və “Lukoil” şirkətlərinə sanksiyalar tətbiq etməsi və Vladimir Putinlə Budapeştdə keçiriləcək zirvə görüşünü ləğv etməsi Kremli təşvişə salıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Kreml təcili olaraq Ukrayna üzrə əsas danışıqçısını – Kirill Dmitriyevi ABŞ-yə göndərib. CNN-in məsələ ilə tanış mənbələrə istinadla verdiyi məlumata görə, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev cümə günü Vaşinqtona gəlib.
CNN-in mənbəyi nəşrə bildirib ki, Putinin qızı Yekaterina Tixonovanın yaxın rəfiqəsi ilə evli olan Dmitriyev "Rusiya-Amerika münasibətlərinin gələcəyini müzakirə etmək" üçün Tramp administrasiyasının rəsmiləri ilə danışıqlar aparacaq. Dmitriyevin Vaşinqtona səfəri RİA Novosti tərəfindən də təsdiqlənib.
“AzPolitika.info”