Putin Dmitriyevi təcili ABŞ yə göndərdi “Rusiya ABŞ münasibətlərini” müzakirə edəcək
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Donald Trampın bu həftə “Rosneft” və “Lukoil” şirkətlərinə sanksiyalar tətbiq etməsi və Vladimir Putinlə Budapeştdə keçiriləcək zirvə görüşünü ləğv etməsi Kremli təşvişə salıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Kreml təcili olaraq Ukrayna üzrə əsas danışıqçısını – Kirill Dmitriyevi ABŞ-yə göndərib. CNN-in məsələ ilə tanış mənbələrə istinadla verdiyi məlumata görə, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev cümə günü Vaşinqtona gəlib.
CNN-in mənbəyi nəşrə bildirib ki, Putinin qızı Yekaterina Tixonovanın yaxın rəfiqəsi ilə evli olan Dmitriyev "Rusiya-Amerika münasibətlərinin gələcəyini müzakirə etmək" üçün Tramp administrasiyasının rəsmiləri ilə danışıqlar aparacaq. Dmitriyevin Vaşinqtona səfəri RİA Novosti tərəfindən də təsdiqlənib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 24 Oktyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















