Putin Ermənistana “daha ağır top”la girir | Icma.az
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Baş nazir Nikol Paşinyan dünən günə bütün ermənilərin katolikosuna ünvanladığı növbəti “Facebook” statusu ilə başlayıb.
“Mənim fikrimcə, bütün dövrlərin katolikosu danılmaz bir nüfuz, ədalətin sarsılmaz müdafiəçisi, mübahisəsiz həqiqət mənbəyidir.
Mən bütün ermənilərin katolikosunun həqiqətin boğucusu kimi çıxış edə biləcəyinə, bütün ermənilərin katolikosunun dilindən həqiqətdən başqa bir şey çıxa biləcəyinə inana bilmirəm.
Qoy II Qaregin özü aydınlaşdırsın ki, o, subaylıq andını pozubmu, yoxsa övladı varmı?”,-deyə Paşinyan qeyd edib.
Bununla da Paşinyan və hökumət arasında siyasi çəkişmə növbəti və daha gərgin mərhələyə daxil olub.
2026-cı ildə keçiriləcək parlament seçkilərində Eçmiədzin kilsəsinin revanşist müxalifətə dəstək verəcəyi gözlənilirdi.
Hətta son günlər arxiyepiskop Baqrat Qalstanyanın yenidən bəyanatlarla çıxış etməsi kilsənin Paşinyana qarşı mübarizənin mərkəzində yer alacağından xəbər verir.
Tam oxu
Xəbəri oxu