Icma.az
close
up
RU
Putin Ermənistana “daha ağır top”la girir

Putin Ermənistana “daha ağır top”la girir

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Baş nazir Nikol Paşinyan dünən günə bütün ermənilərin katolikosuna ünvanladığı növbəti “Facebook” statusu ilə başlayıb.

“Mənim fikrimcə, bütün dövrlərin katolikosu danılmaz bir nüfuz, ədalətin sarsılmaz müdafiəçisi, mübahisəsiz həqiqət mənbəyidir. Mən bütün ermənilərin katolikosunun həqiqətin boğucusu kimi çıxış edə biləcəyinə, bütün ermənilərin katolikosunun dilindən həqiqətdən başqa bir şey çıxa biləcəyinə inana bilmirəm. Qoy II Qaregin özü aydınlaşdırsın ki, o, subaylıq andını pozubmu, yoxsa övladı varmı?”,-deyə Paşinyan qeyd edib.

Bununla da Paşinyan və hökumət arasında siyasi çəkişmə növbəti və daha gərgin mərhələyə daxil olub. 2026-cı ildə keçiriləcək parlament seçkilərində Eçmiədzin kilsəsinin revanşist müxalifətə dəstək verəcəyi gözlənilirdi. Hətta son günlər arxiyepiskop Baqrat Qalstanyanın yenidən bəyanatlarla çıxış etməsi kilsənin Paşinyana qarşı mübarizənin mərkəzində yer alacağından xəbər verir. Ona görə də Paşinyan Eçmiədzin kilsəsini və katolikos II Qaregini hədəf almaqla qabaqlayıcı addım atır. Lakin o, kilsəyə qarşı birbaşa inzibati orqanlardan istifadə edə bilmir.

Ermənistan konstitusiyası hökumətə kilsənin işinə birbaşa müdaxilə etmək səlahiyyəti vermədiyindən, Baş nazir katolikosu, arxiyepiskopları və digər din xadimlərini mənəvi-əxlaqi dəyərlərə zidd getməkdə ittiham edir. Paşinyan onların bakirlik ənənəsini pozduğunu, qanunsuz övlad dünyaya gətirdiklərini iddia edir. Bununla da kilsədə aparıcı mövqe tutan şəxsləri cəmiyyətdə nüfuzdan salmağa çalışır. Ancaq Paşinyanın uzaq hədəfi təzyiqlərlə II Qareginin könüllü istefasına nail olmaq, sonra onun yerinə öz adamını gətirməkdir. 
Ermənistanın Baş naziri II Qaregin  Rusiyanın siyasi sifarişini yerinə yetirdiyini bəyan edib. Bununla da Paşinyan seçkilər öncəsi baş verəcək siyasi proseslərdə kilsənin xarici ölkələrə casusluq fəaliyyəti göstərəcəyinə dair preventiv rəy yaradır. “Hraparak” qəzeti isə yazır ki, Paşinyanın, onun həyat yoldaşının və “Vətəndaş Müqaviləsi” Partiyasının bəzi üzvlərinin kilsə əleyhinə kampaniyası hakim dairələrdə fikir ayrılığına səbəb olub:

“Parlament fraksiyasının əksəriyyəti kilsəyə qarşı atılan addımlarla razılaşmasa da,  bu barədə danışmağa cəsarət etmir. Paşinyan ruhanilərə münasibətini əsaslandırmaq üçün öz komandasında Rusiyanın ötən il Baqrat Qalstanyan, indi isə Müqəddəs Eçmiədzinin Ana taxt-tacı vasitəsilə erməni apostol kilsəsinə hakimiyyətlə mübarizə əmri verdiyi barədə ehtimalı dövriyyəyə buraxıb”. 

Eçmiədzin kilsəsi Paşinyanın ittihamlarını təkzib etməsə də, Ali Ruhani Şurasının diasporla birlikdə Paşinyana qarşı birgə iclas keçirməsi bu ziddiyyəti daha da alovlandırıb. Lakin rəsmi Moskvanın Rus Provaslav Kilsəsi vasitəsilə Erməni Ortadoksal Kilsəsinə siyasi təsirinin güclü olduğu faktdır. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri