Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyalı həmkarı Vladimir Putinə Avstriya, Vatikan, Türkiyə, İsveçrə və Fars körfəzinin üç ölkəsindən birində görüşəcəyini bildirib.
Ukrayna XİN rəhbəri Andrey Sibiqa bunu “X” sosial şəbəkəsində açıqlayıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Zelenskini Moskvaya dəvət edib, amma Ukrayna XİN Putinin Moskvada görüşmək təklifini qəbul etməyib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi ki, Rusiya - Ukrayna müharibəsinin həlli istiqamətində gedən hərbi-siyasi proses dünya ictimaiyyətinin diqqət mərkəzindədir: "Gedən hərbi-siyasi proses ən çox danışılan və müzakirə olunan komponentlərindən biri Ukrayna və Rusiya dövlət başçılarının birbaşa görüşüdür.
Hər iki ölkənin nümayəndə heyətləri fərqli dövrlərdə münaqişənin həlli ilə bağlı üz-üzə görüşsələr də, ölkə başçıları səviyyəsində birbaşa görüş baş tutmayıb.
Bir müddət öncə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Alyaskada keçirilən görüşdə Volodimir Zelenski iştirak etməmişdir.
Bütün bunları nəzərə aldıqda, iki ölkə başçısının görüşünün kifayət qədər əhəmiyyətli və aktual olduğunu bir daha görmək mümkündür.