Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Putin həqiqətən də Zelenski ilə görüşməyə maraqlı olsaydı, Moskvada görüş təklif etməzdi Politoloq

Putin həqiqətən də Zelenski ilə görüşməyə maraqlı olsaydı, Moskvada görüş təklif etməzdi Politoloq

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyalı həmkarı Vladimir Putinə Avstriya, Vatikan, Türkiyə, İsveçrə və Fars körfəzinin üç ölkəsindən birində görüşəcəyini bildirib. Ukrayna XİN rəhbəri Andrey Sibiqa bunu “X” sosial şəbəkəsində açıqlayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Zelenskini Moskvaya dəvət edib, amma Ukrayna XİN Putinin Moskvada görüşmək təklifini qəbul etməyib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi ki, Rusiya - Ukrayna müharibəsinin həlli istiqamətində gedən hərbi-siyasi proses dünya ictimaiyyətinin diqqət mərkəzindədir:

"Gedən hərbi-siyasi proses ən çox danışılan və müzakirə olunan komponentlərindən biri Ukrayna və Rusiya dövlət başçılarının birbaşa görüşüdür. Hər iki ölkənin nümayəndə heyətləri fərqli dövrlərdə münaqişənin həlli ilə bağlı üz-üzə görüşsələr də, ölkə başçıları səviyyəsində birbaşa görüş baş tutmayıb. Bir müddət öncə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Alyaskada keçirilən görüşdə Volodimir Zelenski iştirak etməmişdir. Bütün bunları nəzərə aldıqda, iki ölkə başçısının görüşünün kifayət qədər əhəmiyyətli və aktual olduğunu bir daha görmək mümkündür. Lakin əsas məqam görüşün keçirilməsi və onun yerinin müəyyənləşdirilməsidir. İki ölkə arasında münaqişə varsa, adətən ölkə rəhbərlərinin görüşü neytral ərazidə baş tutur. Bununla belə, Putin görüşün Moskvada keçirilməsini təklif edib".

Politoloq qeyd etdi ki, Rusiya və Ukrayna liderlərinin arasındakı görüş Moskvada baş tutarsa, iki məqam xüsusi diqqət çəkəcək:

"Birincisi, bu, Ukraynanın zəifliyinin göstəricisi olacaq, çünki tərəflər müharibə aparırsa və biri digərinin paytaxtında görüşə razılaşırsa, bu, həmin tərəfin zəifliyini göstərir. İkincisi isə reallıq budur ki, Ukrayna bu təklifi qəbul etməyəcək. Zelenski və administrasiyası dəfələrlə bəyan edib ki, görüş neytral üçüncü ölkədə keçirilməlidir. Gözlənilən də baş verdi, Ukrayna XİN rəsmi qaydada təklifi rədd etdi. Bu isə göstərir ki, Rusiya tərəfi həm siyasi üstünlük əldə etmək, həm də sülh çağırışı və görüş təklifi imicini yaratmaq məqsədilə belə bir addım atıb. Beləliklə, “biz təklif etdik, lakin onlar Moskvaya gəlmədilər” kimi bir imic formalaşdırmaq istəyirlər".

Mustafayevin fikrincə, Ukrayna XİN görüş üçün bir sıra variantlar təklif edib, təklif edilən ərazilər içərisində Türkiyə və Avstriya neytral ölkələr kimi yer alır və görüşün üçüncü dövlət ərazisində keçirilməsi kifayət qədər məhsuldar olardı.

"Lakin indiki dövrdə görüşün baş tutması real görünmür. Ümumilikdə Putin bu görüşdə maraqlı deyil. Əgər Rusiya tərəfi həqiqətən maraqlı olsaydı, gözdən pərdə asmaq üçün Moskvada görüş təklifi irəli sürməzdi, daha real variant təklif edərdi. Deməli, Rusiya belə bir görüş üçün hazır deyil. Buna baxmayaraq, Ukrayna tərəfi birbaşa təmasın baş tutmasını təklif edib. Görünən odur ki, hələ də iki ölkə rəhbərinin birbaşa görüşünü görə bilməyəcəyik", - deyə siyasi şərhçi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Sentyabr 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see164

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see141

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri