Putin ilə Trampın görüşü yaxşı keçib Kreml

19.11.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş yaxşı keçib.

Modern.az xəbər verir ki, bunu Kremlin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov TASS dövlət xəbər agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, liderlər Ukraynadakı münaqişəni və ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə ediblər.

“Rusiya və ABŞ liderlərinin görüşü yaxşı keçib”, - deyə Uşakov qeyd edib.

Kreml rəsmisi əlavə edib ki, Putin və Trampın danışıqları zamanı xüsusi əhəmiyyətli bəyanatlar səsləndirilməyib. Hazırda tərəflər üçtərəfli görüşə hazırlaşırlar.

“Putin və Trampın danışıqlarında xüsusilə əhəmiyyətli bəyanatlar verilməyib. Hamı üçtərəfli görüşə hazırlaşır”, - deyə Uşakov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью