Putin ilə Trampın görüşü yaxşı keçib Kreml
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş yaxşı keçib.
Modern.az xəbər verir ki, bunu Kremlin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov TASS dövlət xəbər agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, liderlər Ukraynadakı münaqişəni və ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə ediblər.
“Rusiya və ABŞ liderlərinin görüşü yaxşı keçib”, - deyə Uşakov qeyd edib.
Kreml rəsmisi əlavə edib ki, Putin və Trampın danışıqları zamanı xüsusi əhəmiyyətli bəyanatlar səsləndirilməyib. Hazırda tərəflər üçtərəfli görüşə hazırlaşırlar.
“Putin və Trampın danışıqlarında xüsusilə əhəmiyyətli bəyanatlar verilməyib. Hamı üçtərəfli görüşə hazırlaşır”, - deyə Uşakov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 Noyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















