Putin Kadırovu cəzalandıracaq? Təyyarə qəzasından sonra... | Icma.az
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Siyasi şərhçi: “Cənubi Qafqazda Azərbaycanla münasibətləri korlamaq Kreml rəhbərinə qətiyyən lazım deyil” “Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevin AZAL təyyarəsinin vurulması ilə bağlı tələblərini yerinə yetirməsə, Azərbaycanı özündən uzaqlaşdırmaq riski ilə üzləşə bilər”.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə ABŞ-dakı “Eurasianet” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Putin dilemmasının əsas mənbəyi - faciənin Rusiyanın hansısa digər guşəsində deyil, Çeçenistan üzərində baş verməsidir, hara ki, onun sözünün keçmədiyi faktiki yeganə subyektdir.
“Əgər insident Rusiyanın hər hansı başqa regionunun səmasında baş vermiş olsaydı, ikitərəfli gərginliyi azaltmaq üçün artıq addımlar atılmış olardı.
Amma Putinin Çeçenistana komanda vermək imkanları məhduddur”, - deyə nəşr qeyd edib.
Bildirilir ki, aviaqəzanın baş verdiyi gün Çeçenistanın hava hücumundan müdafiəsinə komandanlığı Kadırovun qardaşı oğlu, Çeçenistan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov həyata keçirib.
Azərbaycan təyyarəsi Çeçenistan hava məkanına daxil olmazdan bir müddət əvvəl bölgə Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
Tam oxu
Xəbəri oxu