Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Putin Kadırovu cəzalandıracaq? Təyyarə qəzasından sonra...

Putin Kadırovu cəzalandıracaq? Təyyarə qəzasından sonra...

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Siyasi şərhçi: “Cənubi Qafqazda Azərbaycanla münasibətləri korlamaq Kreml rəhbərinə qətiyyən lazım deyil”

“Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevin AZAL təyyarəsinin vurulması ilə bağlı tələblərini yerinə yetirməsə, Azərbaycanı özündən uzaqlaşdırmaq riski ilə üzləşə bilər”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə ABŞ-dakı “Eurasianet” nəşri yazıb.

Məqalədə qeyd olunur ki, Putin dilemmasının əsas mənbəyi - faciənin Rusiyanın hansısa digər guşəsində deyil, Çeçenistan üzərində baş verməsidir, hara ki, onun sözünün keçmədiyi faktiki yeganə subyektdir.

“Əgər insident Rusiyanın hər hansı başqa regionunun səmasında baş vermiş olsaydı, ikitərəfli gərginliyi azaltmaq üçün artıq addımlar atılmış olardı. Amma Putinin Çeçenistana komanda vermək imkanları məhduddur”, - deyə nəşr qeyd edib.

Bildirilir ki, aviaqəzanın baş verdiyi gün Çeçenistanın hava hücumundan müdafiəsinə komandanlığı Kadırovun qardaşı oğlu, Çeçenistan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov həyata keçirib. Azərbaycan təyyarəsi Çeçenistan hava məkanına daxil olmazdan bir müddət əvvəl bölgə Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

“Eurasianet” ardınca yazır ki, faciə günü dispetçer Ramzan Kadırovun sevimli klubunun keçmiş futbolçusu olub və bu, onun təcrübəsi ilə bağlı suallar doğurub. Məqalə müəlliflərinin fikrincə, Putin nəsə baş verəndə məsuliyyəti öz üzərinə götürməməyə meyllidir. Belə olan halda onun Kadırovun qardaşı oğlunu məsuliyyətə cəlb etməməsi, eləcə də AZAL təyyarəsinin qəzaya uğramasına görə məsuliyyət daşıyanların cəzalandırılması ilə bağlı Azərbaycanın tələblərinə məhəl qoymaması onu çıxılmaz duruma salır.

Amerika nəşri xəbərdarlıq edir ki, Putin əsas müttəfiqini özündən uzaqlaşdırmaq riski ilə üz-üzədir və Azərbaycan-Rusiya münasibətlərinin dondurulması Rusiya üçün əsas rol oynayan Şimal-Cənub nəqliyyat dəhlizinin iflasına gətirib çıxara bilər.

Bu arada məlum olub ki, AZAL-a məxsus təyyarə faktiki Qroznı hava limanına faktiki enməkdə ikən qəfildən yüksəklik götürərək Xəzər tərəfə istiqamət alıb. Qəzadan sağ çıxan Nurullah Siracov deyib: “Bələdçilər sərnişinləri sakitləşdirməyə çalışdı və deyildi ki, Qroznıya eniş edirik. Təyyarə yerə eniş etdi, gördüm ki, artıq çatırıq, pəncərədən baxıb hava limanını da, zolaqlarını da, hava limanının binasını, təyyarələri gördüm. Təsəvvür edin, 10 mərtəbəli binadan aşağı baxırsınız. O qədər yerə yaxın idik. Yoldaşıma da dedim ki, daha arxayın ol, çatdıq”.

Onun sözlərinə görə, elə o anda təyyarə yenidən göyə qalxıb: “İnanın, elə sürətlə qalxdıq ki, mən deyərdim təyyarə göyün yeddinci qatına çıxdı”.

Putinin gerçəkdənmi Kadırov problemi var?

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov siyasətdə dostun olmadığını qeyd etdi: “Heç şübhəsiz ki, baş vermiş qəza ilə bağlı Rusiya hökuməti və dövlət başçısı istintaq tam başa çatdıqdan sonra son sözünü deyib, qərarını verəcək. Hesab edirəm ki, siyasətdə kiçik maraqlar həmişə böyük maraqlara qurban verilir. Bəli, Ramzan Kadırov Şimali Qafqazda Rusiya prezidentinin ən yaxın adamlarından biri hesab edilir və biz onun bu yaxınlıqdan necə şıltaqlıqla istifadə etdiyini dəfələrlə müşahidə etmişik. Ancaq unutmayaq ki, siyasətdə dost olmur, siyasətdə ancaq maraqlar olur. O səbəbdən Azərbaycana məxsus uçağın vurulmasında günahkar olan şəxslərin hər birinə kimliyindən asılı olmayaraq layiqli cəzanın veriləcəyini gözləyirəm. Bu gün Putinin hakimiyyətinə Cənubi Qafqazda Azərbaycanla münasibətləri korlamaq qətiyyən lazım deyil. Rusiya onsuz da Ukrayna ilə müharibə fonunda beynəlxalq aləmdən təcrid edilmiş bir vəziyyətdədir. Belə bir vəziyyətdə Azərbaycanla münasibətləri gərginləşdirmək nə demək olardı? Azərbaycanla münasibətləri gərginləşdirmək həm də Türkiyə ilə münasibətlərin sərinləşməsi anlamına gələ bilər. Nəzərə alaq ki, Türkiyəmizin rəhbərliyi də bu məsələnin obyektiv araşdırılacağını gözləyir. Bir sözlə, Kadırovun və onun ətrafının bu qədər özündən razılığı və özbaşınalığı onlara nə vaxtsa problem yaşatmalı idi”.

Azər Badamov

Deputat Azər Badamov bir məsələyə xüsusi diqqət ayırdı və bu yöndə çağırış da etdi: “Təyyarə qəzasına səbəb kimi Rusiyanın Çeçenistan subyektində ciddi nəzarəti həyata keçirə bilməməsinin dayandığını hesab edirəm. Çünki Mülki Aviasiya ilə Hərbi Hava Müdafiə Sistemləri arasında koordinasiyalı fəaliyyət baş versəydi, təyyarəmiz xarici müdaxiləyə məruz qalmazdı və ya hətta müdaxiləyə məruz qaldığı təqdirdə yaxın bir yerə eniş edərdi. Təbii ki, təyyarə qəzasının baş verməsi kimi Çeçenistanda idarəetmə sisteminin yarıtmazlığının nəticəsi olduğunu hesab edirəm. Amma bu heç də mülki təyyarəmizin qəzaya uğramasında Rusiyanın məsuliyyətini azaltmır. Təyyarəmiz Rusiya səmasında vurulub. Biz münasibətləri Çeçenistanla yox, Rusiya ilə qurmuşuq. Amma Rusiyanın subyektləri ilə münasibətlər Rusiya dövləti üzərindən qurulur. Bu baxımdan Rusiya dövləti baş vermiş hadisənin dəqiqliklə araşdırılmasına və qəzanın baş verməsinə səbəb olmuş şəxslərin müəyyənləşdirilib cəzalandırılmasına şəffaflığı təmin etməlidir. Rusiya prezidentinin dövlət başçımıza telefon zəngi edərək qəzaya görə üzr istəməsi də məsuliyyətin birbaşa Rusiya dövlətinin üzərində olduğunun göstəricisidir. Çox təəssüf ki, qəza baş verdi və onlarla dinc insan qəzanın qurbanına çevrildi. Təbii ki, araşdırmalar aparılır və müvafiq tədbirlər görüləcək. Rusiya dövləti Azərbaycanla münasibətlərin qorunması üçün suveren hüquqlarımıza hörmətlə yanaşaraq lazımi tədbirləri həyata keçirəcəyini hesab edirəm. Çünki tələblərimiz suveren dövlətlərin hüququdur və ikitərəfli münasibətlərin davam etməsi üçün vacibdir. Amma Qərb mətbuatı bu məsələyə çox barıt qoyaraq işıqlandırmaqla Azərbaycan-Rusiya münasibətlərinin pozulması üçün müxtəlif formatlarda xəbərlər tirajlayır. Azərbaycan dövləti müstəqil siyasət yürüdür və Qərb mətbuatının tirajladığı informasiyalara görə siyasəti formalaşdırmır. Dövlət başçımızın beynəlxalq siyasəti ölkəmizin milli maraqlarının qorunması, ölkənin suveren hüquqları qorunmaqla qarşılıqlı hörmət və fayda əsasında qurulub. Bu baxımdan biz xarici mətbuatın yazdığına çox da əhəmiyyət verməməli, dövlət başçımızın atdığı addımları və gördüyü tədbirləri əsas götürməliyik. Hesab edirəm ki, ədalət bərpa olunmalı və qonşuluq münasibətləri qarşılıqlı hörmət əsasında davam etdirilməlidir”.

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Kadırovun heç kimə tabe olmadığını söylədi: “Çeçenistan səmasında Azərbaycanın sərnişin təyyarəsinin vurulması Ramzan Kadırovun yarıtmaz rəhbərliyindən irəli gəlib. Kadırov heç kimə tabe deyil. Kadırov prezident Vladimir Putini tərifləməklə, "o mənim liderimdir" kimi epitetlər işlətməklə yanaşı Rusiya hakimiyyətinə faktiki tabe deyil. Kadırov tez-tez Rusiya hakimiyyət nümayəndələrini ən ağır ifadələrlə təhqir edir. Rusiyanın başqa federasiyasının rəhbəri hakimiyyət nümayəndələri haqqında Kadırov kimi təhqir deyil, hətta tənqid etsəydi, Kreml sahibi dərhal onu işdən azad edərdi. Kadırovun nümunəsində isə Putin onun “şıltaqlıqlarına” dözmək məcburiyyətindədir. Çünki Ramzan Kadırov Çeçenistanı nəzarətdə saxlayır, radikal qüvvələri məhv edib. Onun Çeçenistanı avtoritar üsullarla idarə etməsi Putini narahat etmir. Kreml sahibi üçün önəmli olan vaxtilə Rusiyadan ayrılmaq istəyən Çeçenistanda sakitliyin davamıdır. Kadırov sakitliyi təmin edib. Ancaq Kadırovun əlaltıları Azərbaycanın sərnişin təyyarəsini vurmaqla əndazəni aşıblar. Kadırov xarici ölkə vətəndaşlarını ölümə məhkum edib. Bu isə münasibətlərə təsirsiz ötüşməyəcək. Azərbaycan Prezidentinin Rusiya hakimiyyətinə ünvanladığı 3 tələbdən ikisi hələ yerinə yetirilməyib. Təyyarədə həlak olanların ailələrinə və yaralılara kompensasiya ödənməyib və təyyarəni vuranlar cəzalandırılmayıb. Bəlkə də Putin nə vaxtsa sakitcə kompensasiyanı ödədi, ancaq cinayətkarları cəzalandıracağını ehtimal etmirəm. Putin səhvlərini heç vaxt etiraf etmir. Cinayətkarların cəzalandırılması etirafdır. Putinin buna gedəcəyini proqnozlaşdırmıram. Təyyarəmiz Çeçenistan deyil, Tatarıstan səmasında vurulsaydı belə, Putin yenə etiraf etməyəcəkdi. Putin hadisəni unutdurmağa çalışacaq. Ancaq biz unutmayacağıq və bu, iki ölkə arasındakı münasibətlərdə soyuqluğu davam etdirəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Yanvar 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see776

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see315

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see312

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see281

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see268

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see266

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see263

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see258

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see256

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see253

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see247

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see244

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see233

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see229

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see224

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see211

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see209

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see204

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri