Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, son açıqlamalarında Ukrayna ilə gələcək sülh danışıqlarının mümkünlüyünü şərh edən Vladimir Putin növbəti dəfə Ukrayna Prezidenti Volodimir Zelenskinin qeyri-legitim olduğunu, onunla imzalanacaq sənədinsə hüquqi qüvvəsinin olmayacağını iddia edib.
Putin açıq deyib ki, Moskva hazırkı Ukrayna Prezidenti ilə sülh müqaviləsi imzalamayacaq, çünki o, qeyri-legitimdir.Xatırladaq ki, Ukrayna qanunvericiliyinə görə, bu ölkədə hərbi vəziyyət dövründə prezident seçkiləri keçirilmir.
Zatən ərazisində qızğın hərbi əməliyyatlar gedən, hər gün minə yaxın vətəndaşını və ərazilərini itirən, dinc şəhərləri, enerji infrastrukturu bombalanan, milyonlarla vətəndaşı qaçqın, didərgin düşən, xaricə qaçan, hazırda ərazisinin 20 faizi işğalda, 100 minlərlə əsgəri səngərlərdə olan bir ölkədə normal seçki keçirmək texniki cəhətdən mümkünsüzdür.
Bunu Putin də yaxşı bildiyindən seçki məsələsini ortalığa ataraq, vaxt qazanmağa, danışıqları uzatmağa, Qərb və ABŞ qarşısında daha bir “kozırla” çıxış etmyə çalışır.Bir çox mütəxəssislərin dediyi kimi, indiki şəraitdə hətta seçki keçirilsə belə, yenə Kremlin istəmədiyi namizəd prezident seçiləcək, parlamentdə isə üstünlük yenə də Rusiyaya qarşı olan qüvvələrin əlində olacaq.
Bu halda isə yenə Kreml Ukraynadakı seçkilərin nəticələrini və yeni hakimiyyəti tanımayacaq… Onu da xatırladaq ki, 2023-cü ilin payızında Ali Radada bütün siyasi qüvvələr yalnız müharibə, hərbi vəziyyət bitdikdən sonra seçkilərin keçiriləcəyi ilə bağlı razılığa gəliblər.
Yəni, bu qərar həm də Ukarynadakı siyasi qüvvələrin ümumi rəyi, konsensusu əsasında qəbul olunub.
Bu baxımdan Ukraynanın hazırkı hakimiyyətinin legitimliyi nə qanun, nə də praktiki reallıq əsasında sual altına alına bilməz.Putinin Zelenskinin “qeyri-legitimliyi” ilə bağlı açıqlamasına ən tutarlı cavabı Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa verib.