Icma.az
close
up
RU
PUTİN LEGİTİMDİR, ZELENSKİ YOX? Kremlin “oyununa” Tramp da qoşulur

PUTİN LEGİTİMDİR, ZELENSKİ YOX? Kremlin “oyununa” Tramp da qoşulur

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, son açıqlamalarında Ukrayna ilə gələcək sülh danışıqlarının mümkünlüyünü şərh edən Vladimir Putin növbəti dəfə Ukrayna Prezidenti Volodimir Zelenskinin qeyri-legitim olduğunu, onunla imzalanacaq sənədinsə hüquqi qüvvəsinin olmayacağını iddia edib. Putin açıq deyib ki, Moskva hazırkı Ukrayna Prezidenti ilə sülh müqaviləsi imzalamayacaq, çünki o, qeyri-legitimdir.

Xatırladaq ki, Ukrayna qanunvericiliyinə görə, bu ölkədə hərbi vəziyyət dövründə prezident seçkiləri keçirilmir. Zatən ərazisində qızğın hərbi əməliyyatlar gedən, hər gün minə yaxın vətəndaşını və ərazilərini itirən, dinc şəhərləri, enerji infrastrukturu bombalanan, milyonlarla vətəndaşı qaçqın, didərgin düşən, xaricə qaçan, hazırda ərazisinin 20 faizi işğalda, 100 minlərlə əsgəri səngərlərdə olan bir ölkədə normal seçki keçirmək texniki cəhətdən mümkünsüzdür. Bunu Putin də yaxşı bildiyindən seçki məsələsini ortalığa ataraq, vaxt qazanmağa, danışıqları uzatmağa, Qərb və ABŞ qarşısında daha bir “kozırla” çıxış etmyə çalışır.

Bir çox mütəxəssislərin dediyi kimi, indiki şəraitdə hətta seçki keçirilsə belə, yenə Kremlin istəmədiyi namizəd prezident seçiləcək, parlamentdə isə üstünlük yenə də Rusiyaya qarşı olan qüvvələrin əlində olacaq. Bu halda isə yenə Kreml Ukraynadakı seçkilərin nəticələrini və yeni hakimiyyəti tanımayacaq…

Onu da xatırladaq ki, 2023-cü ilin payızında Ali Radada bütün siyasi qüvvələr yalnız müharibə, hərbi vəziyyət bitdikdən sonra seçkilərin keçiriləcəyi ilə bağlı razılığa gəliblər. Yəni, bu qərar həm də Ukarynadakı siyasi qüvvələrin ümumi rəyi, konsensusu əsasında qəbul olunub. Bu baxımdan Ukraynanın hazırkı hakimiyyətinin legitimliyi nə qanun, nə də praktiki reallıq əsasında sual altına alına bilməz.

Putinin Zelenskinin “qeyri-legitimliyi” ilə bağlı açıqlamasına ən tutarlı cavabı Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa verib. O deyib ki, Putin xarici liderləri və Qərb auditoriyasını çaşdırmaq üçün Ukrayna Prezidenti Volodimir Zelenskini qeyri-legitim elan edir.

Sibiqa xatırladıb ki, Putinin Kremldəki 25 illik hökmranlığı ərzində Ukraynada ədalətli seçkilər nəticəsində üç prezident dəyişib. ABŞ-də isə Donald Tramp ikinci dəfə Ağ Evə qayıtmağa nail olub: "Demokratiya və legitimlik belə olur. Amma Putin hakimiyyəti qəsb edib, Rusiya konstitusiyasını tapdalayıb, bütün rəqiblərini öldürüb və ya həbs edib, azad medianı məhv edib, özü üçün saxta səsvermə təşkil edib və hakimiyyətdə Stalindən daha çox qalıb. İndi bu adam dünyaya legitimlik barədə mühazirələr oxuyur…"

Sibiqa qeyd edib ki, şübhə altına alına biləcək yeganə şey Putinin özünün legitimliyidir: "Putin artıq o hakimiyyətdə olanda doğulan iyirmi yaşlı gəncləri müharibədə “top ətinə” çevirir".

Göründüyü kimi, Ukraynada artıq 3 ildir davam edən müharibənin başlanğıcında qarışya qoyduğu məqsədlərin heç birinə nail ola bilməyən Putin bu gün müxtəlif cılız bəhanələrlə hər gün minlərlə itkilər vermək, ölkəsini “izqoya” çevirmək, onun gələcəyini məhv etmək bahasına da olsa addım-addım sürünərək irəliləməyə çalışdığı müharibəni uzatmaqla məşğuldur. Pis həm də odur ki, Tramp administrasiyası da onun “çaldığı havalara” oynayırmış kimi görünür.


Belə ki, Ağ Ev rəsmiləri də hələ Ukraynada savaşı dayandırmamış, Putini sülhə məcbur etməmiş Ukraynada yeni seçkilərin keçirilməsini zəruri saydıqlarına dair bəyanatlarla çıxış edirlər. Trampın Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq deyib ki, ABŞ Ukraynada seki keçirilməsini vacib hesab edir: “ABŞ Ukraynanın seçkiləri təşkil etməsində israrlıdır…”

Ukrayna tərəfinin Kelloqun Putinin ağzı ilə səsləndirdiyi bu bəyanata cavabı özünü çox gözlətməyib. Zelenskinin müşaviri Dmitri Litvin Donald Trampın xüsusi nümayəndəsinin Ukraynada ilin sonuna qədər seçkilərin keçirilməsi təklifinə belə cavab verib: “Əgər onun planı sadəcə atəşkəs və seçkidirsə, deməli bu, uğursuz plandır”.

Nəticə etibarilə Tramp administrasiyasının az qala işğalçı ilə işğala məruz qalanı eyniləşdirməsi və Putinin heç bir beynəlxalq hüquqa, normal məntiqə sığmayan sərsəm tələblərini təkrarlaması müharibənin tezliklə, özü də qismən də olsa ədalətli sülhlə bitəcəyinə dair ümidləri getdikcə heçə endirir.

C.Məmmədov

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Fevral 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri