Putin Leninin nəşinin dəfn olunmasının mümkünlüyündən danışıb

19.12.2024

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinin Vladimir Leninin nəşinin dəfn olunmasının mümkünlüyündən danışıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında nə vaxtsa cəmiyyətin Leninin nəşinin dəfninə hazır olacağını söyləyib.

Putin bildirib ki, hazırda cəmiyyəti parçalayan qərarlar qəbul etmək olmaz: "Lakin nə vaxtsa cəmiyyət buna gələcək".
Qeyd edək ki, Leninin mumyalanmış nəşi Qırmızı Meydandakı Mavzoleydə salanılır. Cəmiyyətdə ara-sıra onun nəşinin dəfn olunması ilə bağlı çağırışlar səslənir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью