Putin Leninin nəşinin dəfn olunmasının mümkünlüyündən danışıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putinin Vladimir Leninin nəşinin dəfn olunmasının mümkünlüyündən danışıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında nə vaxtsa cəmiyyətin Leninin nəşinin dəfninə hazır olacağını söyləyib.
Putin bildirib ki, hazırda cəmiyyəti parçalayan qərarlar qəbul etmək olmaz: "Lakin nə vaxtsa cəmiyyət buna gələcək".
Qeyd edək ki, Leninin mumyalanmış nəşi Qırmızı Meydandakı Mavzoleydə salanılır. Cəmiyyətdə ara-sıra onun nəşinin dəfn olunması ilə bağlı çağırışlar səslənir.

Putin Leninin nəşinin dəfn olunubolunmayacağına münasibət bildirib
19 Dekabr 2024 17:08
Leninin nəşi dəfn ediləcəkmi? Putin açıqladı
19 Dekabr 2024 17:22
Putin Leninin nəşini köçürür: Əvəzində özünə...
03 Fevral 2025 10:35
Leninin yerinə Putin: Rusiya prezidentinə Mavzoleydə dəfn olunmaq TƏKLİFİ
29 Yanvar 2025 20:17
Putin Leninin nəşi ilə bağlı bunları dedi
19 Dekabr 2024 17:48

