Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. Rusiya prezidenti Vladimir Putinlə Moldovada korrupsiya və seçki pozuntularına görə beynəlx
Modern.az-ın məlumatına görə, görüş Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində baş tutub.
Rusiya mediasının məlumatına görə, Putin “A7” fintex-şirkəti və “Promsviazbank”ın iştirakı ilə yaradılan Beynəlxalq Maliyyə Hesablaşmaları Mərkəzinin açılışında iştirak edib.
Tədbirdə “A7”nin rəhbəri kimi İlan Şor və PSB sədri Pyer Fradkov da çıxış ediblər.
Fradkov mərkəzin Qərb sanksiyalarına cavab olduğunu, transsərhəd ödənişlərin milli texnologiyalar əsasında aparılacağını deyib.
Şor isə 10 ay ərzində sistem üzərindən 7 trilyondan çox rubl dövr etdiyini, gündəlik 1500-dən artıq əməliyyat həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Rusiya büdcəsinə bu mexanizmlə 20 milyard rubldan çox vergi daxil olacaq.
Moldovada isə seçkiqabağı gərginlik artır. 28 sentyabrda keçiriləcək parlament seçkilərində Şor Partiyası ilə bağlı “Pobeda” bloku iştirakda