Icma.az
close
up
RU
Putin Moldovada hakimiyyət çevrilişinə hazırlaşır

Putin Moldovada hakimiyyət çevrilişinə hazırlaşır

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Rusiya prezidenti Vladimir Putinlə Moldovada korrupsiya və seçki pozuntularına görə beynəlxalq axtarışda olan oliqarx İlan Şorun görüşü böyük rezonans doğurub.

Modern.az-ın məlumatına görə, görüş Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində baş tutub.

Rusiya mediasının məlumatına görə, Putin “A7” fintex-şirkəti və “Promsvi­azbank”ın iştirakı ilə yaradılan Beynəlxalq Maliyyə Hesablaşmaları Mərkəzinin açılışında iştirak edib. Tədbirdə “A7”nin rəhbəri kimi İlan Şor və PSB sədri Pyer Fradkov da çıxış ediblər.

Fradkov mərkəzin Qərb sanksiyalarına cavab olduğunu, transsərhəd ödənişlərin milli texnologiyalar əsasında aparılacağını deyib. Şor isə 10 ay ərzində sistem üzərindən 7 trilyondan çox rubl dövr etdiyini, gündəlik 1500-dən artıq əməliyyat həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, 2025-ci ildə Rusiya büdcəsinə bu mexanizmlə 20 milyard rubldan çox vergi daxil olacaq.

Moldovada isə seçkiqabağı gərginlik artır. 28 sentyabrda keçiriləcək parlament seçkilərində Şor Partiyası ilə bağlı “Pobeda” bloku iştirakdan məhrum edilib. Ədliyyə Nazirliyi həmin blokdakı partiyaların - “Dirçəliş”, “Şans”, “Alternativ və Xilas”, həmçinin “Pobeda”nın ləğv edildiyini elan edib. Bununla belə, tərəfdarlar yeni “Patriotlar Bloku” adı altında seçkilərə qatılmaq niyyətindədirlər.

Şor Vladivostokda çıxışında əsas məqsədlərinin prezident Maya Sandunun hakimiyyətdən uzaqlaşdırılması olduğunu bildirib. O, Moldovanın gələcəyini yalnız Rusiya ilə müttəfiqlikdə gördüyünü vurğulayıb.

Moldova parlamentinin sədri İqor Qrosu görüşü Kremlin birbaşa müdaxiləsi adlandırıb:

“Şor faktiki olaraq Putinə hesabat verir. O, seçicilərin rüşvətlə ələ alınması, zorakılığın maliyyələşdirilməsi və korrupsiya şəbəkələrinin qurulması ilə məşğuldur. İndi Putinin bütün namizədləri Şor üçün işləyəcək,” – deyə Qrosu bəyan edib.

Rumıniya prezidenti Nikuşor Dan isə xəbərdarlıq edərək bildirib ki, əgər Moldovada Rusiyameyilli qüvvələr hakimiyyətə gələrsə, ölkə Gürcüstanın taleyini yaşayacaq. Onun sözlərinə görə, bu halda Pridnestrovyedə əlavə Rusiya qoşunlarının yerləşdirilməsi və həm Moldovanın, həm də Ukraynanın Avropa yolunun bloklanması qaçılmaz olacaq.

Elnur Əmirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Sentyabr 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri