Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Amerikalı analitiklər detalları açıqlayıb... ...Yenə də, mən yox,..
amma deyirlər ki, guya Putinin paradda Ukraynaya qarşı müharibədən danışmağa heç bir əsası olmayıb deyə, buna görə də heç nə danışmayıb.
...Yenə də deyirlər ki, yenə guya son bir ildə Rusiya ordusu Rusiya lideri Vladimir Putinin qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib.
Belə ki, ruslar ötən ilin fevralında Avdeevkanın işğalından sonra Ukraynanın bir dənə də olsun mühüm şəhərini ələ keçirə bilməyiblər və həmçinin Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çata da bilməyiblər.
Ona görə də Kremlin rəhbəri Putin mayın 9-da keçirilən paradda çıxışı zamanı Ukraynaya qarşı müharibə haqqında heç nə deməyib, yalnız Rusiya qonşu dövlətin ərazisində döyüşən işğalçıları “dəstəkləyir”..?
SİA-nın məlumatına görə, dedim axı bunu mən yox, Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri qeyd ediblər.
...Analitiklər qeyd ediblər ki, Ukrayna hərbçiləri Qərb tərəfdaşlarının dəstəyi ilə Rusiya işğalçılarına Kremlin bəyan etdiyi vahid “məqsəd”ə nail olmağa imkan verməyib.
Buna görə də, paraddakı çıxışı zamanı Putin qondarma “xüsusi hərbi əməliyyat” haqqında yalnız ümumi ifadələrlə məhdudlaşmalı olub.