Icma.az
close
up
RU
Putin parad zamanı “yaman pis vəziyyətə” düşüb..?

Putin parad zamanı “yaman pis vəziyyətə” düşüb..?

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerikalı analitiklər detalları açıqlayıb...

...Yenə də, mən yox,.. amma deyirlər ki, guya Putinin paradda Ukraynaya qarşı müharibədən danışmağa heç bir əsası olmayıb deyə, buna görə də heç nə danışmayıb.

...Yenə də deyirlər ki, yenə guya son bir ildə Rusiya ordusu Rusiya lideri Vladimir Putinin qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib.

Belə ki, ruslar ötən ilin fevralında Avdeevkanın işğalından sonra Ukraynanın bir dənə də olsun mühüm şəhərini ələ keçirə bilməyiblər və həmçinin Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çata da bilməyiblər.

Ona görə də Kremlin rəhbəri Putin mayın 9-da keçirilən paradda çıxışı zamanı Ukraynaya qarşı müharibə haqqında heç nə deməyib, yalnız Rusiya qonşu dövlətin ərazisində döyüşən işğalçıları “dəstəkləyir”..?

SİA-nın məlumatına görə, dedim axı bunu mən yox, Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri qeyd ediblər.

...Analitiklər qeyd ediblər ki, Ukrayna hərbçiləri Qərb tərəfdaşlarının dəstəyi ilə Rusiya işğalçılarına Kremlin bəyan etdiyi vahid “məqsəd”ə nail olmağa imkan verməyib.

Buna görə də, paraddakı çıxışı zamanı Putin qondarma “xüsusi hərbi əməliyyat” haqqında yalnız ümumi ifadələrlə məhdudlaşmalı olub.

Axı rusların sadəcə olaraq öyünəcək nailiyyətləri olmayıb. …Rusiya qüvvələri 2024-cü ilin fevralında Avdeevkanın ələ keçirilməsindən sonra Ukraynada heç bir mühüm şəhəri ələ keçirməyib və 2024-cü ilin dekabrından Rusiya qüvvələrinin Ukraynada ələ keçirdiyi yeganə orta yaşayış məntəqəsi Velika Novosilkadır (müharibədən əvvəlki əhali 5000 nəfər).

Bunu Amerika Müharibənin Öyrənilməsi İnstitutu qeyd edib.

Analitiklər xatırladıblar ki, hələ Moskvadakı paraddan əvvəl KİV-də rusların Pokrovsk, Çasov Yar, Toretsk, eləcə də Luqansk vilayətinin işğal olunmamış hissəsini, Donetsk vilayətində isə Dnepropetrovsk vilayəti ilə inzibati sərhədə çatmağa cəhd etdikləri barədə məlumatlar yayılmışdı.

Bunun üçün ruslara mayın 9-dək müddət verildiyi qeyd edilib. Lakin ruslar bu müddətə əməl etməyliblər...edə bilməyiblər?

...Amerika Müharibənin Öyrənilməsi İnstitutu əmin olduğunu bildirib ki, Ukrayna uzaq məsafədən zərbələr və taktiki dron əməliyyatlarının müdafiə əməliyyatları və əks-hücumlarla təkmilləşdirilmiş inteqrasiyası sayəsində rus işğalçılarının irəliləməsini ləngitməyə, hətta bəzən tamamilə dayandıra bilib.

...Ukraynanın ukraynalı innovatorlar və dron operatorlarının quru qoşunları ilə uğurlu inteqrasiyası, görünür, 2024-cü ildə və 2025-ci ilin əvvəllərində Rusiyanın Pokrovsk və Toretskdə irəliləyişini dayandırıb. Ukraynanın Rusiyanın silah-sursat anbarlarına, müdafiə sənayesi obyektlərinə və neft-qaz infrastrukturuna uzun mənzilli zərbələr endirməsi bəzən Rusiyanın cəbhə bölgəsindəki qoşunları təchiz etmək qabiliyyətini sarsıtdı və Rusiyanın Ukraynaya qarşı müharibəsinin artan xərclərini daha da artırıb.

Bunu da Amerika Müharibənin Öyrənilməsi İnstitutu bildirib.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 May 2025 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri