Putin qərarı yenilədi: İrəvanda çirkli bomba həyəcanı | Icma.az
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir. “Rusiyanın nüvə doktrinasını yeniləyəcəyi gözlənilən idi.
Bununla bağlı hələ Ukraynada müharibənin aktiv mərhələyə keçmədiyi zaman kəsiyindən öncə müzakirələr aparılırdı”.
Bu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli Rusiya Prezidenti Vladimir Putinin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləməsinə münasibətdə deyib.
Deputat bildirib ki, nüvə doktrinasının Rusiya prezidenti tərəfindən, məhz hazırkı vəziyyətdə təsdiqlənməsi, yaxud bununla bağlı məlumatın indi yayılması diqqət çəkir: “Çox güman ki, bu, ABŞ-ın Ukraynaya Rusiya ərazisini hədəfə almaq üçün uzaqmənzilli raketlərdən istifadə icazəsi verməsiylə bağlıdır.
Moskva beləliklə Vaşinqtona, həmçinin Ukraynaya dəstək göstərən, xüsusilə də ərazisi vasitəsilə silah-sursat, hərbi texnika ötürən ölkələrə mesajinı çatdırır.
Ərazisinin ABŞ-a və digər NATO üzvü ölkələrə məxsus uzaqmənzilli raketlərlə hədəfə alınması, Rusiyanın təhlükəsizliyi üçün ciddi təhdiddir.
Nəticədə bu addımlara qarşı taktiki nüvə raketlərindən istifadə etməklə cavab verə bilər.
Ukrayna ilə yanaşı, bu ölkəni silahla təchiz edən dövlətlərin, ilk növbədə Polşanın hədəfə alınması mümkündür”. Elçin Mirzəbəyli E.
Tam oxu
Xəbəri oxu