Icma.az
close
up
RU
Putin qərarı yenilədi: İrəvanda çirkli bomba həyəcanı

Putin qərarı yenilədi: İrəvanda çirkli bomba həyəcanı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Rusiyanın nüvə doktrinasını yeniləyəcəyi gözlənilən idi. Bununla bağlı hələ Ukraynada müharibənin aktiv mərhələyə keçmədiyi zaman kəsiyindən öncə müzakirələr aparılırdı”.

Bu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli Rusiya Prezidenti Vladimir Putinin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləməsinə münasibətdə deyib.

Deputat bildirib ki, nüvə doktrinasının Rusiya prezidenti tərəfindən, məhz hazırkı vəziyyətdə təsdiqlənməsi, yaxud bununla bağlı məlumatın indi yayılması diqqət çəkir:

“Çox güman ki, bu, ABŞ-ın Ukraynaya Rusiya ərazisini hədəfə almaq üçün uzaqmənzilli raketlərdən istifadə icazəsi verməsiylə bağlıdır. Moskva beləliklə Vaşinqtona, həmçinin Ukraynaya dəstək göstərən, xüsusilə də ərazisi vasitəsilə silah-sursat, hərbi texnika ötürən ölkələrə mesajinı çatdırır. Ərazisinin ABŞ-a və digər NATO üzvü ölkələrə məxsus uzaqmənzilli raketlərlə hədəfə alınması, Rusiyanın təhlükəsizliyi üçün ciddi təhdiddir. Nəticədə bu addımlara qarşı taktiki nüvə raketlərindən istifadə etməklə cavab verə bilər. Ukrayna ilə yanaşı, bu ölkəni silahla təchiz edən dövlətlərin, ilk növbədə Polşanın hədəfə alınması mümkündür”.


Elçin Mirzəbəyli

E. Mirzəbəyli erməni ekspertlərin İrəvanın da nüvə silahı alması ilə bağlı çağırışlarına münasibət bildirib:

“Məsələnin müzakirə edilməsi belə, Cənubi Qafqazda hələ də mövcudluğunu qoruyub-saxlayan bu çoxvektorlu proksi-dövlətin nə qədər təhlükəli olduğunu sübut edir. Zənnimcə, belə açıqlamalara qonşu dövlətlər reaksiya verməlidirlər. Qeyd edim ki, Ermənistanda bu qəbildən olan müzakirələr yeni deyil, hətta illər öncə burada “çirkli bomba”nın olduğu barədə məlumatlar xəbərlər yayılmışdı.

Doğrudur, belə məlumatlar sonradan öz təsdiqini tapmasa da, Metsamor AES-in fəaliyyətinin hələ də davam etdirilməsi, Ermənistanın yeni nüvə reaktoru əldə etmək istiqamətində danışıqlar aparması və prosesdə Fransa ilə yaxından əməkdaşlığı əsaslı şübhələrə yol açır. Əgər kollektiv Qərb Ermənistanı həm də ərazi baxımından öz proksi-dövlətinə çevirməyi bacararsa, bu ölkədə Fransanın hərbi kontingentinin, eləcə də nüvə başlıqlarının yerləşdirilməsi ehtimalı yarana bilər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:285
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri