Putin ruslardan daha çox uşaq sahibi olmağı tələb edir Şəhərlərdə 3, kəndlərdə 7 10 uşaq..…
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Biz insanlara çatdırmalıyıq ki, valideynlik xoşbəxtlikdir və bu xoşbəxtliyi təxirə salmağa ehtiyac yoxdur”.“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Putin bunu Kremldə Demoqrafik və Ailə Siyasəti Şurasının iclasında deyib.Vladimir Putin hesab edir ki, gənc ruslar uşaq sahibi olmağı təxirə salmamalıdır.
Onun sözlərinə görə, dövlətin vəzifəsi gənclərin valideynlik fəaliyyətini təhsil və işlə birləşdirə bilməsini təmin etməkdir.
O qeyd edib ki, hökumət əyani təhsil alan qız tələbələr üçün analıq müavinətini artırıb, əksər universitetlərdə ana və uşaq otaqları açılıb.Ümumilikdə Putin üç və ya daha çox uşağı olan ailələrin Rusiyada normaya çevrilməsinin vacibliyini bəyan edib.
Bu baxımdan o hesab edir ki, gəlir deyil, “dəyərlər” həlledicidir: "Rusiyada kəndli ailələri gəlir səviyyəsinə görə orta avropalı kimi yaşayırdılar?
Xeyr. Amma ailələrdə 7-10 nəfər var idi. Onların dəyərləri və dünyagörüşü tamam başqa idi".Qeyd edək ki, bundan öncə Rusiyanın bir çox vilay
Hazırda bu cür təşviq üsulu 12 vialyətdə qüvvədədir. 40-dan çox vilayətdə isə qız tələbələr üçün oxşar üstünlüklər tətbiq edilir.
Rusiya hakimiyyəti son 200 ilin ən aşağı səviyyəsinə düşmüş doğum səviyyəsini artırmağa çalışır.
Tam oxu
Xəbəri oxu