Icma.az
close
up
RU
Putin ruslardan daha çox uşaq sahibi olmağı tələb edir Şəhərlərdə 3, kəndlərdə 7 10 uşaq...

Putin ruslardan daha çox uşaq sahibi olmağı tələb edir Şəhərlərdə 3, kəndlərdə 7 10 uşaq...

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Biz insanlara çatdırmalıyıq ki, valideynlik xoşbəxtlikdir və bu xoşbəxtliyi təxirə salmağa ehtiyac yoxdur”.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Putin bunu Kremldə Demoqrafik və Ailə Siyasəti Şurasının iclasında deyib.

Vladimir Putin hesab edir ki, gənc ruslar uşaq sahibi olmağı təxirə salmamalıdır. Onun sözlərinə görə, dövlətin vəzifəsi gənclərin valideynlik fəaliyyətini təhsil və işlə birləşdirə bilməsini təmin etməkdir. O qeyd edib ki, hökumət əyani təhsil alan qız tələbələr üçün analıq müavinətini artırıb, əksər universitetlərdə ana və uşaq otaqları açılıb.

Ümumilikdə Putin üç və ya daha çox uşağı olan ailələrin Rusiyada normaya çevrilməsinin vacibliyini bəyan edib. Bu baxımdan o hesab edir ki, gəlir deyil, “dəyərlər” həlledicidir: "Rusiyada kəndli ailələri gəlir səviyyəsinə görə orta avropalı kimi yaşayırdılar? Xeyr. Amma ailələrdə 7-10 nəfər var idi. Onların dəyərləri və dünyagörüşü tamam başqa idi".

Qeyd edək ki, bundan öncə Rusiyanın bir çox vilayətlərində hətta məktəbli qızlara uşaqların doğulması üçün ödənişlər tətbiq etməyə başlayıblar. Hazırda bu cür təşviq üsulu 12 vialyətdə qüvvədədir. 40-dan çox vilayətdə isə qız tələbələr üçün oxşar üstünlüklər tətbiq edilir.

Rusiya hakimiyyəti son 200 ilin ən aşağı səviyyəsinə düşmüş doğum səviyyəsini artırmağa çalışır. Ötən il, Rosstatın məlumatına görə, Rusiyada 1,222 milyon körpə doğulub ki, bu da 1999-cu ildən bəri ən aşağı göstəricidir. 2023-cü illə müqayisədə bu rəqəm 3,4%, 2014-cü illə müqayisədə isə 35 faizə qədər azalıb. Bu ilin yanvar-mart aylarında doğulanların sayı daha 11,580 min nəfər azalıb. Bunun ardınca Rosstat doğum və ölümlərlə bağlı ətraflı məlumatların dərcini dayandırıb.

Xatırladaq ki, Putinin Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsi nəticəsində 1 milyondan çox rusiyalının həlak olduğu və yaralandığı məlumdur. Həmçinin, Kreml tez-tez dünyanı nüvə silahı ilə təhdid edir. Məlum məsələdir ki, nüvə müharibəsi Rusiyanın özünü də məhv edə bilər. Bütün bunların fonunda Ukraynadakı müharibəni bitirməık istəməyən Putinin rusiyalıları daha çox doğmağa təşviq etməsi kifayət qədər ziddiyyətli təsir bağışlayır.

C.Məmmədli

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Oktyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri