Putin Trampla Ukraynada atəşkəsi müzakirə etməyə hazırdı | Icma.az
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Ukraynada atəşkəs barədə danışıqlara hazırdır, lakin o, istənilən böyük ərazi güzəştlərini istisna edir və Kiyevin NATO ambisiyalarından əl çəkməsində israr edir.
Bakupost.az xəbər verir ki, bu barədə “Reuters”ə Rusiya Federasiyasının indiki və keçmiş rəsmiləri olan beş mənbə bildirib.
Onlar Putinin Trampın vasitəçiliyi ilə əldə etdiyi sövdələşməni qəbul edəcəyini və cəbhə xəttində münaqişəni dondurmağa razılaşacağını bildiriblər.
“Reuters” qeyd edir ki, münaqişəyə ən qısa zamanda son qoyacağına söz verən Tramp Rusiyanın üstünlüyü ələ aldığı bir vaxtda Ağ Evə qayıdır.
Agentliyin yazdığına görə, Moskva 2022-ci ildə hərbi əməliyyatlara başlayandan bəri ən yüksək templə irəliləyir.
Mənbələrin məlumatına görə, qismən Rusiyanın nəzarətində olan Donetsk, Luqansk, Zaporojye və Xerson ərazilərində sərhədlərin dəqiq müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparmaq olar.
“Reuters” agentliyinə açıqlama verən mənbələr həmçinin Rusiyanın Xarkov və Nikolaevdə nəzarət etdiyi kiçik ərazilərdən çəkilməyə hazır ola biləcəyini qeyd ediblər.
Tam oxu
Xəbəri oxu