Icma.az
close
up
RU
Putin Trampla Ukraynada atəşkəsi müzakirə etməyə hazırdı

Putin Trampla Ukraynada atəşkəsi müzakirə etməyə hazırdı

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Ukraynada atəşkəs barədə danışıqlara hazırdır, lakin o, istənilən böyük ərazi güzəştlərini istisna edir və Kiyevin NATO ambisiyalarından əl çəkməsində israr edir.

Bakupost.az xəbər verir ki, bu barədə “Reuters”ə Rusiya Federasiyasının indiki və keçmiş rəsmiləri olan beş mənbə bildirib. Onlar Putinin Trampın vasitəçiliyi ilə əldə etdiyi sövdələşməni qəbul edəcəyini və cəbhə xəttində münaqişəni dondurmağa razılaşacağını bildiriblər.

“Reuters” qeyd edir ki, münaqişəyə ən qısa zamanda son qoyacağına söz verən Tramp Rusiyanın üstünlüyü ələ aldığı bir vaxtda Ağ Evə qayıdır.

Agentliyin yazdığına görə, Moskva 2022-ci ildə hərbi əməliyyatlara başlayandan bəri ən yüksək templə irəliləyir. Mənbələrin məlumatına görə, qismən Rusiyanın nəzarətində olan Donetsk, Luqansk, Zaporojye və Xerson ərazilərində sərhədlərin dəqiq müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparmaq olar.

“Reuters” agentliyinə açıqlama verən mənbələr həmçinin Rusiyanın Xarkov və Nikolaevdə nəzarət etdiyi kiçik ərazilərdən çəkilməyə hazır ola biləcəyini qeyd ediblər.

Mənbələr həmçinin qeyd ediblər ki, atəşkəs əldə olunmasa, Rusiya müharibəni davam etdirəcək.

Beş hazırkı və keçmiş məmurun sözlərinə görə, Rusiya Ukraynanın NATO-ya üzv olmasına və ya NATO qoşunlarının Ukrayna torpaqlarında olmasına dözməyəcək, buna baxmayaraq, Moskva Kiyevin təhlükəsizlik zəmanətlərini müzakirə etməyə açıqdır.

Mənbələr bildiriblər ki, Kreml Kiyevə silahlı qüvvələrinin sayını məhdudlaşdırmağa razılıq verməsi və rus dilindən istifadəni məhdudlaşdırmamaq öhdəliyi kimi tələblər irəli sürə bilər.

Ukrayna tərəfi “Reuters”in deyilənlərə münasibət bildirmək istəyinə hələ cavab verməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri