Putin: Ukraynaya qarşı daha güclü silahlardan istifadə edəcəyik

27.12.2024

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Rusiya Ukraynadakı münaqişəyə son qoymağı hədəfləyir.
Reyting.az
xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Avrasiya İqtisadi Şurasının iclasında deyib.
ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynanın NATO-ya daxil olmasını 10-20 il təxirə salmaq şərti ilə münaqişələrin dayandırılması ilə bağlı açıqlamalarını dəyərləndirən Putin bildirib ki, ABŞ prezidenti Co Bayden də 2021-ci ildə Ukraynanın NATO-ya daxil olmasını 15 il müddətinə təxirə salmağı təklif etmişdi.
Lazım gələrsə Rusiyanın “Oreşnik”dən yenidən istifadə edə biləcəyini, ancaq tələsmədiyini ifadə edən Putin deyib:
“Daha güclü orta mənzilli silahların istifadə edilməsinin lazım olduğunu görürük, təbii ki, istifadə edəcəyik, amma tələsmirik”.
Ukrayna ilə danışıqlara qarşı olmadığını bildirən Putin qeyd edib: “Biz Slovakiyanın atəşkəs danışıqlarına ev sahibliyi etməsinə qarşı deyilik”.
Putin, Rusiyanın Ukraynadakı münaqişələrə son qoymağı hədəflədiyini bildirib.
E. KAMAL

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью