Putin: Ukraynaya qarşı daha güclü silahlardan istifadə edəcəyik
Icma.az, Reyting.az saytına istinadən bildirir.
Rusiya Ukraynadakı münaqişəyə son qoymağı hədəfləyir.
Reyting.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Avrasiya İqtisadi Şurasının iclasında deyib.
ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynanın NATO-ya daxil olmasını 10-20 il təxirə salmaq şərti ilə münaqişələrin dayandırılması ilə bağlı açıqlamalarını dəyərləndirən Putin bildirib ki, ABŞ prezidenti Co Bayden də 2021-ci ildə Ukraynanın NATO-ya daxil olmasını 15 il müddətinə təxirə salmağı təklif etmişdi.
Lazım gələrsə Rusiyanın “Oreşnik”dən yenidən istifadə edə biləcəyini, ancaq tələsmədiyini ifadə edən Putin deyib:
“Daha güclü orta mənzilli silahların istifadə edilməsinin lazım olduğunu görürük, təbii ki, istifadə edəcəyik, amma tələsmirik”.
Ukrayna ilə danışıqlara qarşı olmadığını bildirən Putin qeyd edib: “Biz Slovakiyanın atəşkəs danışıqlarına ev sahibliyi etməsinə qarşı deyilik”.
Putin, Rusiyanın Ukraynadakı münaqişələrə son qoymağı hədəflədiyini bildirib.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:“Daha güclü silahlardan istifadə edəcəyik” İran ABŞ yə HƏDƏ
20 Avqust 2026 13:59
ABŞ Ukraynaya silahlardan istifadə etməyə icazə verdi
18 Noyabr 2024 10:40
ABŞdan Ukraynaya XƏBƏRDARLIQ Rusiya eksperimental silahlardan istifadə edə bilər
22 Noyabr 2024 11:14
İrandan ciddi XƏBƏRDARLIQ: Fərqli silahlardan istifadə edəcəyik
25 Sentyabr 2026 18:22
“Putin Ukraynaya qarşı daha sərt davrana bilərdi” Tramp
16 Noyabr 2026 20:31
Baxış sayı:179
Bu xəbər 27 Dekabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















