Putin və Zelenski nə vaxt yenidən bir masa arxasında əyləşəcək? POLİTOLOQ AÇIQLADI | Icma.…
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Oktyabr ayı başlayandan bəri dünyanın əsas gündəmi İsrailin Yaxın Şərqlə bağlı planları İsrail əsgərlərinin Fələstində törətdiyi əməllər ön plana çıxıb.
Əsas müzakirələr, sammitlərin, beynəlxalq tədbirlərin, ölkə başçıları arasında görüşlərin əsas gündəmi məhz bu məsələyə köklənib.
Misir Sammitində Fələstində tərəflər arasında atəşkəs bağlandıqdan sonra HƏMAS və İsrail arasında əsir mübadiləsi baş tutdu.
1 həftəlik atəşkəs zamanı əsir vətəndaşlarını geri qaytarmağa nail olan İsrail ötən həftə yenidən hücumlarını davam etdirdi.
Artıq dünən yenidən atəşkəs elan edilib. Buna baxmayaraq siyasi dairələrdə hələ də münaqişənin uzun müddət davam edəcəyini düşünürlər.
Yaxın Şərqdə baş verənlər isə Avropanın ortasında Ukraynada baş verənləri arxa fona ata bilib.
Xarkov və ətrafındakı yaşayış məntəqələrində ərazi uğrunda gedən amansız müharibə bu gün bir neçə saat əvvələ qədər də davam edib.
Tam oxu
Xəbəri oxu