Icma.az
close
up
RU
Putin və Zelenski nə vaxt yenidən bir masa arxasında əyləşəcək? POLİTOLOQ AÇIQLADI

Putin və Zelenski nə vaxt yenidən bir masa arxasında əyləşəcək? POLİTOLOQ AÇIQLADI

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabr ayı başlayandan bəri dünyanın əsas gündəmi İsrailin Yaxın Şərqlə bağlı planları İsrail əsgərlərinin Fələstində törətdiyi əməllər ön plana çıxıb. Əsas müzakirələr, sammitlərin, beynəlxalq tədbirlərin, ölkə başçıları arasında görüşlərin əsas gündəmi məhz bu məsələyə köklənib. Misir Sammitində Fələstində tərəflər arasında atəşkəs bağlandıqdan sonra HƏMAS və İsrail arasında əsir mübadiləsi baş tutdu. 1 həftəlik atəşkəs zamanı əsir vətəndaşlarını geri qaytarmağa nail olan İsrail ötən həftə yenidən hücumlarını davam etdirdi. Artıq dünən yenidən atəşkəs elan edilib. Buna baxmayaraq siyasi dairələrdə hələ də münaqişənin uzun müddət davam edəcəyini düşünürlər.

Yaxın Şərqdə baş verənlər isə Avropanın ortasında Ukraynada baş verənləri arxa fona ata bilib. Xarkov və ətrafındakı yaşayış məntəqələrində ərazi uğrunda gedən amansız müharibə bu gün bir neçə saat əvvələ qədər də davam edib. Trampın bölgədə sülhün bərpasına çağırışları hər iki ölkə tərəfindən qəbuledilməz hal alıb.

Mövzu ilə bağlı politoloq Azad Məsiyev Avtosfer.az-a müsahibəsində deyib ki, Rusiya-Ukrayna münaqişəsi dünyanın iqtisadi, siyasi sistemini köklü şəkildə dəyişdi. Artıq dünya siyasəti beynəlxalq hüquqla deyil, güc müstəvisində, gücün qanunu ilə tənzimlənir:

“Rusiya-Ukrayna münaqişəsi istər Azərbaycan, istərsə də dünya mətbuatında hadisələrin görünən tərəfilə cəmiyyətə çatdırılır.

Məsələnin görünməyən tərəfi daha təhlükəlidir. Məsələnin görünməyən tərəfi odur ki, bu münaqişə əslində elə bu görünməyən səbəblərdən yaranıb. Münaqişənin görünməyən tərəfi nədir? Başda Birləşmiş Ştatlar olmaqla NATO bloku Rusiyanı düşmən elan edib. Rusiyanı dünya siyasi xəritəsindən silmək istəyirlər. Ümlükdə Birləşmiş Ştatların bir strategiyası var. Bu strategiyaya görə dünya bir qütblə olmalıdır və bunu da Birləşmiş Ştatlar idarə etməlidir. Ümlükdə Birləşmiş Ştatların imparatorluğuna təhlükə yaradan bütün amillər aradan qalxmalıdır. ABŞ imparatorluğuna üç təhlükə mənbəyi var. Bunlardan biri hərbi gücünə görə Rusiyadır. İkincisi, iqtisadi gücünə görə Çindir. Üçüncüsü isə maliyyə gücünə görə Avropanın pul vahidi olan avrodur.

ABŞ-də kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, istər Respublikaçılar hakimiyyətdə olsun, istərsə də Demokratlar, bu strategiyanın həyata keçirilməsində maraqlıdırlar. Yəni, strategiyanı qorumaq və strategiyanı həyata keçirmək kimliyindən asılı olmayaraq hakimiyyətdə olan şəxs üçün prioritetdir. Əgər bu strategiya xidmət etməyəcəksə, həmin siyasi hakimiyyət uzunömürlü ola bilməz.

Rusiya-Ukrayna münaqişəsi ABŞ-nin strateji planının tərkib hissədiri. Ümumilikdə, 2014-cü ildə Ukraynada demokratiya ideyası altında işğal olunduqdan sonra Rusiya-Ukrayna münaqişəsinə bir rəvac verildi.

Yəni, bu Rusiya-Ukrayna münaqişəsi ABŞ tərəfindən ssenariləşdirildi və həyata keçirildi. Hətta ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bəyan elədi ki, bu münaqişə Co Baydenin münaqişəsidir, onu Bayden yaradıb. Bayden ABŞ-nin keçmiş prezidentidir. Tramp kimdir? O ABŞ-nin hazırkı prezidentidir. Yəni, Tramp Baydenin varisidir. Yəni, bu münaqişə ABŞ tərəfindən planlaşdırıldı, ssenariləşdirildi və həyata keçirildi. Xatırlatmaq yerinə düşər ki, hələ Ukraynada demokratiya ideyası altında işğal siyasəti həyata keçirilməzdən qabaq, Avropa ilə Rusiya arasında münasibət həm iqtisadi, həm də siyasi sferada çox yüksək pillə ilə inkişaf edirdi. Avropa Birliyinin Rusiyada 800 milyard dollardan çox sərmayəsi var idi. Avropanın 800 milyarddan artıq Rusiyaya qoyduğu sərmayə bu ölkəni dirçəldirdi. Eyni zamanda Rusiya ilə Avropa arasında siyasi münasibətlər müsbətə doğru inkişaf edirdi. Bu, Amerika İmperatorluğu üçün təhlükə mənbəyi idi. Ona görə ki, Rusiya iqtisadi cəhətdən gücləndikcə, onun hər bir gücü daha artırdı. Eyni zamanda Rusiya ilə Avropa arasında münasibətlər Avropanı da iqtisadi cəhətdən gücləndirərək, onun pul vaidi olan avronu dünya bazarında dəyərini yüksəldirdi.

ABŞ-nin gücü o topda, tankda, raketdə deyil. Birləşmiş Ştatların gücü onun pul vaidi olan dollardır. Dollar dünya bazarında zəifləyərsə, Amerikan İmperatorluğu çökə bilər.

Ümumiyyətlə, Amerikanın pul vaidi olan dolları alternativ dünya valutasiya meydana gələrsə, bu, Amerikan İmperatorluğu üçün bir təhlükə mənbəyidir. Avropanın pul vaidi olan avro dünya valyutası kimi dövriyyəyə girərək dollarla rəqabət yaradırdı və dolların dəyərini zəiflədirdi. Belə olan təqdirdə, ABŞ Avropanın pul vaidi olan avronu özünə təhlükə hesab etdi və Rusiya-Ukrayna münaqişəsini yaratmaqla Avropa ilə Rusiya arasında münasibəti kəsdi.

Yəni, artıq Avropa ilə Rusiya arasında ələqələr kəsiləndən sonra Avropanın iqtisadi cəhətdən inkişafı getdikcə tənəzzülə uğurayır. Hətta yenə də xatırlatmaq yerinə düşər ki, hələ bu münaqişə başlamazdan qabaq, Birləşmiş Ştatlar Almaniya dövlətinə təkidlə müraciət edir ki, “Şimal axını” qaz kəməri dayandırılsın, yəni işə düşməsin, tikintisi getməsin. Bu nəyə görə idi? Çünki Rusiyanın qaz kəmərinin, enerjisinin Avropaya gəlməsi Avropa iqtisadiyyatını daha da gücləndirirdi, Avropa ilə Rusiya arasında iqtisadi-siyasi münasibətləri möhkəmləndirirdi.

İqtisadiyyatın 2 əsas şərti var, onlardan biri enerjidir, ikincisi isə xammal. Bu 2 element Avropaya Rusiyadan gəlirdi. Yəni, Rusiya-Ukrayna münaqişəsi Birləşmiş Ştatlar tərəfindən planlı şəkildə yaradılaraq Avropa və Rusiya arasında münasibətləri kəsdi, Avropanın iqtisadiyyatı zəifləməyə başladı.

Rusiyanı Ukrayna ilə münaqişəyə cəlb edilərək Rusiyanın hərbi gücünü zəiflətmək strategiyası işə düşdü. Yəni, Birləşmiş Ştatların məqsədi Rusiya-Ukrayna münaqişəsinin uzun bir fazaya keçməsində maraqlıdır. Bu ona görə ki, uzun müddətli bir münaqişə baş verərsə, Avropa Ukraynanı dəstəkləmək üçün 100 milyardlarla vəsait xərcləməli olacaqdı, bu 100 milyardlarla vəsait Avropa iqtisadiyyatının qoyulsa, Avropa iqtisadiyyatı daha güclənərdi, onun pul vahidi olan avro dünya bazarında daha dəyərli olardı. Məqsəd Avropa iqtisadiyyatını çöktürmək, Rusiya ilə ələqəni kəsmək idi. Avropa iqtisadiyyatı çöxdükcə, onun pul vahidi olan avro dünya valutası kimi dəyərdən düşərək Birləşmiş Ştatların valutası olan dollara təhlükə yaratmayacaq.

İndi isə Trampın yaratdığı yeni bir situasiya var. Yəni, Trampın hakimiyyətə gəlməklə dünyada yeni bir siyasi situasiya yarattı. Trampın verdiyi bəyanatlar, Baydendən fərqli olanlar daha başqa taktikanı həyata keçirir. Yəni, Trampın apardığı bu siyasi şoular Amerikan İmparatorluğu qorumağa hesablanır. Siyasi şoular ondan ilə gəlir ki, ABŞ Rusiya-Ukrayna münaqişəsini uzatmaqla özünü oyundan kənarda saxlayaraq əsas hədəfi Avropa ilə Rusiya üzərində qoyur.

Yəni, açıq şəkildə Tramp dedi ki, Amerika Birləşmiş Ştatları Ukrayna münaqişəsində pul buraxmayacaq, maliyyə dəstək verməyəcək. Yəni, baxmayaraq ki, bu münaqişə Birləşmiş Ştatlar tərəfindən körükləndi, qızışdırıldı. Məqsəd ondan ibarətdir ki, Avropa 100 milyardlarla Ukraynaya dəstək versin, pul ayırsın və bu pul Amerika büdcəsinə getsin, yəni müharibənin silahları Amerikadan alınsın. Yenə də xeyir ABŞ-yə qalır. Bir də bir şey yenə xatırlatmaq istərdim ki, Rusiya-Ukrayna münaqişəsinin baş verməsi də, verməməsi də Amerikanın maraqlarına xidmət edirdi. Necə? Əgər münaqişə baş verməsə idi, Ukrayna NATO blokuna daxil olacaqdı, yenə də Amerikanın maraqlarına xidmət olunurdu. Təbii ki, bu da Rusiya üçün daha təhlükəli bir anlam yaradırdı. Çünki Rusiya dəfələrlə demişdi ki, Ukraynanın NATO-ya daxil olması birbaşa Rusiyanın milli təhlükəsinzliyinə təhdiddir. Münaqişəyə qoşulduğuna görə Rusiyanın və Avropanın ələqəsi kəsildi. Rusiyanın hərbi gücü zəifləməyə başladı.

Avropanın pul vaidi dəyərdən düşməyə başlayıb, Avropa iqtisadiyyəti zəifləyir. İndi son vaxtlar Trampın hakimiyyətə gəlməsi ilə ilə qədər müxtəlif çağırışlar, məsələnin sülh yolu ilə həll edilməsi barəsində çağırışlar eşidirik. Bu, sadəc, Trampın siyasi şousudur. Çünki son 10 illiklərdə ABŞ-nin imicinə böyük bir xələr gəlib. Artıq ABŞ demokratiya və insan haqlarını, beynəlxalq hüququ ikinci plana keçirərək öz maraqları üçün bu demokratiya və insan haqlarından istifadə elədi və dünyada xaos yaratdı.

Bu xaosun fonunda öz maraqlarını həyata keçirməkdədir. Artıq beynəlxalq ictimaiyyətdə ABŞ-yə qarşı bir aqresiv münasibət var. İstər bu, Yaxın Şərq konflikti, istərsə Rusiya-Ukrayna münaqişəsi olsun.

Yaxın Şərqdə də ABŞ açıq şəkildə İsrailə dəstək verir. İsrail Amerikanın siyasi hərbi dəstəyi olmasaydı Yaxın Şərqdə bu qədər aqresiv siyasət həyata keçirə bilməzdi. Yəni, İsrailin apardığı bu siyasəti də ABŞ himayə edir.

Bu cür siyasət ABŞ-nin və İsrailin imicinə böyük bir xələl gətirirdi. Tramp isə bu imici aradan qaldırmaq üçün bir özünü sülhməramlı siyasi xadim kimi gündəmə çıxararaq ABŞ-nin guya dünyadaki konfliktləri sülh yolu ilə həll etmək arzusunu bəyən edir. Əslində, bu, siyasi şoudan başqa bir şey deyil. İstər Yaxın Şərqdə aparılan danışıqlar, istərsə də Rusiya-Ukrayna münaqişəsində ABŞ-nin mövqeyi. Məsələ burasındadır. Yaxın Şərqdə İsrail soyqırımı siyasəti aparır. 100 minə yaxın dinc əhalini öldürüb. Bu əməliyyatlar ABŞ-nin himayəsi altında həyata keçirilir. Yəni, dolayısıyla, İsrailin apardığı soyqırım siyasətində ABŞ-nin də əli olduğu gizli deyil. Yəni, sadəcə ABŞ-nin prezidenti sülh missiyasını gündəmə gətirərək, beynəlxalq ictimaiyyətin nifrətini yumşaltmaq siyasətini gündəmə gətirir. Yaxın Şərqdə atəşkəs barəsində əldə edilmiş razılaşma müvəqqəti xarakteri daşıyır. İsrail və Fələstin arasında indiyə kimi çoxlu sayda atəşkəs müqaviləsi bağlanılıb. İsrail hər dəfə müxtəlif bəhanələrlə bu ətəşkəsi pozaraq öz işğalçılıq siyasətini davam etdirib. İsrailin ali məqsədi Yaxın Şərqdə böyük İsrail dövləti yaratmaqdır və bunu da ABŞ-nin himayəsi altında həyata keçirir. Yəni, məqsəd dünyada böyük hərbi xaos yaratmaqdır. Bu hərbi xaosun birinci epsentri Ukraynadır. İkinci epsentri Cənubi Qafqaz, üçüncü epsentri isə Yaxın Şərqdə yer almalıdır. Ümumilikdə, Rusiya-Ukrayniya münakişəsinin həll edilməsi üçün müxtəlif çağrışlar var.

Ancaq məsələ burasındadır ki, Rusiya-Ukrayna münakiqəsi nəticədir. Nəticəni aradan qaldırmaq üçün mütləq şəkildə onu doğuran səbəbə qiymət verilməlidir. Yəni, fəlsəfədə kateqoriya var: səbəb-nəticə. Nəticə səbəbsiz baş vermir və beynəlxalq mətbuat, istər Azərbaycan KİV-ləri, istərsə də beynəlxalq mətbuat adətən münaqişənin görünən tərəfini təqdim edirlər. Bu münaqişə nəticədir, amma nəticəni doğuran səbəb barəsində heç bir aydınlıq gətirilmir. Əgər nəticəni aradan qaldırmaq üçün, mütləq şəkildə onu doğuran səbəbə qiymət versək, o səbəb aradan qaldırmalıdır.

Səbəb isə aydındır: NATO-nun Rusiya səhərlərinə doğru irələnməsi, Ukraynanın NATO blokuna daxil edilməsi, Ukraynanın neytral status qazanması. təəssüflər olsun ki, Zelenski Ukraynanı münaqişəyə sürüklədi. Zelenski Ukrayna xalqının, Ukrayna dövlətin maraqlarına deyil, Qərbin maraqlarına xidmət edir və məsələ də burasındadır ki, bu münaqişəni aradan qaldırmaq üçün, mütləq şəkildə Rusiyanın şərtləri qəbul edilməlidir. Ona görə ki, Rusiya həm hərbi müstəvidə, həm də siyasi müstəvidə qalib tərəfdir. Ona görə ki, Rusiya Ukraynanın münaqişəsində, artıq Ukraynanın 20-25% ərazisinə Rusiya nəzarət eləyir.

Bu faktdır və Rusiya nəzarət elədiyi ərazilərdən geri çəkilməyəcəyini bəyan eləyib. Siyasi müstəvidə də ona görə ki, Rusiya diktə eləyən tərəfdir. Eyni zamanda Rusiyanın apardığı hərbi əməliyyatlar nəticəsində NATO blokunda ölkələr arasına bir fikir ayrılığı yaranıb, ortaq bir mövqe yoxdur. Yəni, Rusiya siyasi müstəvidə də üstünlüyü əldə eləyib. Bu baxımdan, məsələ ilə bağlı beynəlxalq hüquq müstəvisində deyil, siyasi reallıqlara uyğun olaraq qərarlar qəbul edilməlidir. Bu, Ukrayna dövlətinin xoşuna gəlsə də, gəlməsə də bu reallığı qəbul etməlidir.

Əgər Ukraynya dövləti siyasi reallığı qəbul etməsə, yeni ərazilər itkisinə səbəb olacaq, yeni insan təlafatına səbəb olacaq, yeni infrastrukturun dağıdılması ilə üzləşəcəkdir. Zelenski Qəribin əlində alətə çevirərək, Ukrayna xalqını cəhənəmə sürükləyir.

Bir də ki, Zelenski siyasi bir meyiddir. Ona görə ki, Zelenskinin heç bir iradəsi bu münaqişədə məsələni həll etmir. Sadəcə Zelenskini bir alət olaraq oynadırlar. Bu baxımdan, Zelenski hakimiyyətdən getməyincə, bu münaqişənin həlli üçün adımlar atılmayacaq.

İkincisi isə, Rusiya, dediyim kimi, hərbi müstəvidə də qalib tərəfdir. Bu dövlətin şərtləri mütləq şəkildə nəzərə alınmalıdır və Rusiyanın mövqeyini də açıq şəkildə Tramp dəstəkləyir. Putinlə Alyaska görüşü və bu yaxınlarda telefon söhbətində bir daha onu göstərdi ki, Rusiya geri çəkilməyəcək və bunu da Amerika Prezidenti Tramp Zelenskiyə açıq şəkildə deyib.

Zelenskiyə də məsləhət görülüb ki, münaqişənin dayandırılması üçün mütləq şəkildə Rusiyanın şərtləri qəbul edilsin. Sadəcə, münaqişənin uzunmüddətli bir fazaya çəkilərsə, ən böyük zərəri Ukrayna xalqı çəkəcəkdir. Bu münaqişədə Rusiyanın geri çəkiləcək fikri, niyyəti yoxdur.

Çünki yüz minlərdə insan ölümünə səbəb olub, milyardlarla vəsait xərclənir. Belə olan təqdiri Rusiyanın təzədən geri, 91-ci ilin sərhədlərinə qayıtması heç cür real görünmür. Bunu da dəfələrlə Rusiya siyasi xadimləri bəyan edib.

91-ci il sərhədini Rusiya geri qaydarsa, onda sual meydana gəlir: Rusiya bu münaqişəni niyə başlatdı? Avropa, başda Böyük Britaniya, Fransa, Almaniya olmaqla, Ukrayna yenidən qızışdırılır, Amerikadan strateji silahlarının alınmasına çağırışlar edilir.

Bir şeyi unutmamalıyıq ki, bu münaqişədə Rusiya məğlub olarsa, bəşəriyyət üçün daha təhlükəli məqamlar yarana bilər. Əgər bu münaqişədə NATO de-yure iştirak edərsə, münaqişəyə birbaşa daxil edilərsə, onda taktiki nüvə silahı işə salına bilər ki, bundan da bəşəriyyət daha çox əziyyət çəkə bilər. Hesab edirəm ki, münaqişənin həlli üçün mütləq şəkildə bu münaqişəni doğuran səbəbə qiymət verilməlidir, aradan qaldırılmalıdır və Rusiyanın şərtləri qəbul edilməlidir”.

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Oktyabr 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see212

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see201

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see172

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see165

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see150

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see142

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see141

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see136

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see129

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see128

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see127

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see127

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see121

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see119

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri