Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“The Bloomberg” Avropa İttifaqının Ukraynaya dəstək üçün Rusiyanın dondurulmuş aktivlərinin istifadəsini genişləndirmək planı hazırladığını, lakin ABŞ-ın buna qoşulmağı düşünmədiyini yazıb.
Məlumata görə, Vaşinqton rəsmiləri artıq avropalı həmkarlarına bu mövzuda mövqelərini bildiriblər.
Belə bir qərarın ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə planlanan görüşü səbəbindən verildiyi deyilir.
Həmçinin Tramp Ukrayna prezidenti ilə görüşdükdən sonra onu Ağ Evdən əliboş göndərdi və “Tomahawk” raketlərini vermədi.
Trampın Putin və Rusiyaya qarşı mövqeyi yenidən yumuşalır? Yoxsa bu sadəcə görüş öncəsi neytrallığı qoruma təşəbbüsüdür?
Kiyevlə bağlı bu iki məsələ Ukraynanın döyüş qabiliyyətinə necə təsir göstərəcək?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ABŞ-ın Rusiya aktivlərinin dondurulmuş ehtiyatlarından Ukrayna üçün vəsait kimi istifadə etmək planına hələlik qoşulmaması, Vaşinqtonun geosiyasi hesablamalarının dəyişdiyini göstərir: “Görünür, Tramp administrasiyası Rusiyaya qarşı sərt iqtisadi addımların danışıqlar masasında siyasi elastikliyini məhdudlaşdıracağından ehtiyat edir.