Icma.az
close
up
RU
Putini sevindirən iki xəbər: Qərar dəyişdi Gözlənilməz zərbə olacaq

Putini sevindirən iki xəbər: Qərar dəyişdi Gözlənilməz zərbə olacaq

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“The Bloomberg” Avropa İttifaqının Ukraynaya dəstək üçün Rusiyanın dondurulmuş aktivlərinin istifadəsini genişləndirmək planı hazırladığını, lakin ABŞ-ın buna qoşulmağı düşünmədiyini yazıb.

Məlumata görə, Vaşinqton rəsmiləri artıq avropalı həmkarlarına bu mövzuda mövqelərini bildiriblər. Belə bir qərarın ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə planlanan görüşü səbəbindən verildiyi deyilir. Həmçinin Tramp Ukrayna prezidenti ilə görüşdükdən sonra onu Ağ Evdən əliboş göndərdi və “Tomahawk” raketlərini vermədi.

Trampın Putin və Rusiyaya qarşı mövqeyi yenidən yumuşalır? Yoxsa bu sadəcə görüş öncəsi neytrallığı qoruma təşəbbüsüdür? Kiyevlə bağlı bu iki məsələ Ukraynanın döyüş qabiliyyətinə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ABŞ-ın Rusiya aktivlərinin dondurulmuş ehtiyatlarından Ukrayna üçün vəsait kimi istifadə etmək planına hələlik qoşulmaması, Vaşinqtonun geosiyasi hesablamalarının dəyişdiyini göstərir:

“Görünür, Tramp administrasiyası Rusiyaya qarşı sərt iqtisadi addımların danışıqlar masasında siyasi elastikliyini məhdudlaşdıracağından ehtiyat edir. Bu səbəbdən Tramp Putinlə qarşıdakı görüş öncəsi daha neytral ton saxlayaraq, özünü “dialoqa açıq vasitəçi” kimi təqdim etməyə çalışır. Bununla yanaşı, Kiyevə raket yardımının verilməməsi ABŞ-ın Ukrayna siyasətində əvvəlki dönəmlərdəki prinsipial mövqedən müəyyən dərəcədə uzaqlaşdığını göstərir.


Züriyə Qarayeva

Ukrayna üçün bu, həm siyasi, həm də hərbi baxımdan mənfi siqnaldır — çünki Qərb birliyinin zəiflədiyi təəssüratı cəbhə ruhuna və beynəlxalq dəstəyin davamlılığına təsir edə bilər. Avropa İttifaqı isə ABŞ-ın bu qərarını təəssüflə qarşılayır, çünki transatlantik həmrəyliyin pozulması Rusiya üzərindəki iqtisadi təzyiq mexanizmini zəiflədir. Nəticə etibarilə, Trampın taktiki neytrallıq siyasəti qısamüddətli diplomatik üstünlük yaratsa da, uzunmüddətli perspektivdə Qərbin birgə strateji xəttinə zərbə vurmaq riski daşıyır”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri