Putinin Kiyevə yönəltdiyi 2 ci “Oreşnik“ raketi öz ərazisində partladı... “Forbes“ | Icma.…
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dneprdə "sirli" və "yeni" "Oreşnik" ballistik raketinin ilk hücumundan üç ay sonra ruslar fevralın 6-da cümə axşamı səhər saatlarında ikinci döyüş başlığını işə salıblar.
Bu dəfə raketin Kiyevə yönəldiyi ehtimal edilir, lakin o, hədəfinə çatmayıb.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. "Hava hücumu sirenləri fəryad edirdi.
Şəhər sakinləri sığınacaqlara qaçırdılar. Amma sonra... heç nə. Yaxınlaşan döyüş başlıqlarının səsi eşidilmədi.
Heç bir gurultu olmadı", - deyə nəşr yazır. Məqalə müəllifləri ukraynalı hərbi müxbir Kirill Sazonovun sözlərinə istinad edirlər.
O, dəhşətli rus raketində nasazlıq yarandığı və partladığı üçün “uzağa uçmayıb”, elə Rusiya ərazisinə düşdüyünü bildirib.
Nəşr qeyd edir ki, hazırda “Oreşnik”in uğursuz buraxılışını müstəqil şəkildə təsdiqləmək mümkün deyil.
Tam oxu
Xəbəri oxu