Putinin Kiyevə yönəltdiyi 2 ci “Oreşnik“ raketi öz ərazisində partladı... “Forbes“
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dneprdə "sirli" və "yeni" "Oreşnik" ballistik raketinin ilk hücumundan üç ay sonra ruslar fevralın 6-da cümə axşamı səhər saatlarında ikinci döyüş başlığını işə salıblar. Bu dəfə raketin Kiyevə yönəldiyi ehtimal edilir, lakin o, hədəfinə çatmayıb.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
"Hava hücumu sirenləri fəryad edirdi. Şəhər sakinləri sığınacaqlara qaçırdılar. Amma sonra... heç nə. Yaxınlaşan döyüş başlıqlarının səsi eşidilmədi. Heç bir gurultu olmadı", - deyə nəşr yazır.
Məqalə müəllifləri ukraynalı hərbi müxbir Kirill Sazonovun sözlərinə istinad edirlər. O, dəhşətli rus raketində nasazlıq yarandığı və partladığı üçün “uzağa uçmayıb”, elə Rusiya ərazisinə düşdüyünü bildirib.
Nəşr qeyd edir ki, hazırda “Oreşnik”in uğursuz buraxılışını müstəqil şəkildə təsdiqləmək mümkün deyil.
"Bu, terror silahıdır - yaralamaq və öldürməkdən daha çox insanları qorxutmaq üçün nəzərdə tutulmuş qurğudur", - jurnalistlər qeyd edirlər.
Ancaq dünya onların uğursuz istifadəsini öyrəndikdə belə silahlar daha az qorxulu olur.
Xatırladaq ki, “Oreşnik”in yeni adlı köhnə raket olduğu üzə çıxıb. Dağıntıların təhlili Putinin onun yenilənmiş versiyası ilə bağlı iddialarını təkzib edir. Məlum olub ki, raket hissələrindən birinin üzərində seriya nömrəsi və istehsal tarixi aşkarlanıb - 12 aprel 2017-ci il.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 07 Fevral 2025 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















