Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, müharibə Moskvanın savaş başlamazdan ə
Bəs bu hədəflər nələrdir? Reallaşması mümkün olacaqmı? Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a açıqlayan politoloq Rəşad Bayramovun sözlər
Rusiyanın hədələrini ümumiləşdirərək üç əsas istiqaməti qeyd etmək mümkündür.
Birinci hədəf Ukraynanın şərq və cənub bölgələrində tam nəzarət qurmaqdır.
Moskva Donbas, Zaporojye və Xerson vilayətlərini öz nəzarətində saxlamaq və 2014-cü ildə ilhaq etdiyi Krımdakı mövqeyini möhkəmləndirmək niyyətindədir.
Bu, Rusiya üçün həm strateji dəniz çıxışı, həm də Ukraynanın qərbə inteqrasiyasını əngəlləmək baxımından prioritetdir.
Lakin Ukraynanın müqaviməti və Qərbin hərbi dəstəyi bu hədəflərin tam reallaşmasını çətinləşdirir.
İkinci hədəf Ukraynanın NATO və Avropa İttifaqına inteqrasiyasının qarşısını almaqdır.