Icma.az
close
up
RU
Putinin müharibə hədəfləri nədir? Politoloqdan ŞƏRH

Putinin müharibə hədəfləri nədir? Politoloqdan ŞƏRH

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, müharibə Moskvanın savaş başlamazdan əvvəl müəyyən etdiyi hədəflər reallaşdıqda bitəcək.

Bəs bu hədəflər nələrdir? Reallaşması mümkün olacaqmı?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a açıqlayan politoloq Rəşad Bayramovun sözlərinə görə, Putinin açıqlaması göstərir ki, Rusiyanın hələ də müharibə başlayarkən qarşısına qoyduğu hədəflərdən geri çəkilmək niyyəti yoxdur:

"Bu hədəflər isə məlum olduğu kimi təkcə hərbi əməliyyatlarla məhdudlaşmır, həm də siyasi və strateji məqsədləri əhatə edir. Rusiyanın hədələrini ümumiləşdirərək üç əsas istiqaməti qeyd etmək mümkündür. Birinci hədəf Ukraynanın şərq və cənub bölgələrində tam nəzarət qurmaqdır. Moskva Donbas, Zaporojye və Xerson vilayətlərini öz nəzarətində saxlamaq və 2014-cü ildə ilhaq etdiyi Krımdakı mövqeyini möhkəmləndirmək niyyətindədir. Bu, Rusiya üçün həm strateji dəniz çıxışı, həm də Ukraynanın qərbə inteqrasiyasını əngəlləmək baxımından prioritetdir. Lakin Ukraynanın müqaviməti və Qərbin hərbi dəstəyi bu hədəflərin tam reallaşmasını çətinləşdirir. İkinci hədəf Ukraynanın NATO və Avropa İttifaqına inteqrasiyasının qarşısını almaqdır. Moskva bunu öz milli təhlükəsizliyi üçün əsas strateji məqsəd hesab edir. Ukraynanın Qərb strukturlarına inteqrasiyasının qarşısını almaq üçün Rusiya hərbi təzyiqi davam etdirir, amma bu hədəfin reallaşması Ukraynanın müqaviməti və beynəlxalq dəstək fonunda praktik çətinliklərə məruz qalır. Üçüncü hədəf Rusiya daxilində və beynəlxalq aləmdə siyasi nüfuzun qorunmasıdır. Kremlin informasiya və diplomatiya vasitələri ilə həm daxili ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyəti müharibənin məqsədlərinin məqbul olduğuna inandırmaq niyyəti açıq görünür. Bu hədəf, digər iki strateji məqsədi tamamlayan amil olaraq Moskvanın uzunmüddətli təsir imkanlarını qorumağa xidmət edir".

Siyasi şərhçiyə görə, hədəflərin reallaşma perspektivi isə ciddi şərtlərlə bağlıdır:

"Uzunmüddətli hərbi əməliyyatlar, o cümlədən də Qərbin sanksiyaları təbii olaraq Rusiyanın iqtisadiyyatına əlavə yük gətirir və resurs məhdudiyyətləri əməliyyatların sürətini və effektivliyini azaldır. Eyni zamanda Aİ, ABŞ və digər qlobal aktorlar tərəfindən tətbiq olunan diplomatik və iqtisadi təzyiqlər Moskvanın hədəflərinə mane olur. Bu səbəbdən Rusiya qismən uğurlar əldə edə bilər, amma hədəflərin tam reallaşmasına real praktik maneələr var. Digər tərəfdən Rusiyanın hədəfləri özündə faktiki olaraq işğalı legitimləşdirməyi və bunu beynəlxaq birliyə qəbul etdirməyi ehtiva edir ki, nə Ukraynanın, nə Qərbin, nə də özünə hörmət edən hər hansı bir dövlətin bunu qəbul etməsi mümkün deyil. 
Nəticə etibarilə, Putinin açıqladığı “hədəflər” strategiyanın istiqamətini göstərsə də, onların reallaşması Ukraynanın müqaviməti, Qərbin dəstəyi və beynəlxalq təzyiqlər səbəbindən şübhə altındadır".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri