Putinlə Trampın telefon danışığı olacaq

07.09.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında amerikalı elçilərin  Moskva və Kiyevə səfərindən sonra telefon danışığının baş tutmasını istisna etmir.

Redaktor.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Kremlin hazırda ABŞ nümayəndələrinin Kiyevdə apardığı təmasların nəticələri barədə məlumatı yoxdur.

O, Putinin sentyabrın 5-də ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə görüşünü “sülhə doğru atılan kiçik addım” kimi qiymətləndirib. Peskov ABŞ tərəfinin sülh səylərini yüksək qiymətləndirdiklərini vurğulayıb.

“Rusiya amerikalıların sülhməramlı səylərini yüksək qiymətləndirir. Putin şəxsən bildirib ki, Trampa sülhə can atdığı üçün minnətdardır”, - Peskov deyib.

Kreml sözçüsü həmçinin Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların bərpa olunmasının mümkünlüyünü istisna etməyib. Bununla belə, hazırda belə görüşün keçirilməsi ilə bağlı konkret tarix və məkan açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью