Putinlə Trampın telefon danışığı olacaq
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında amerikalı elçilərin Moskva və Kiyevə səfərindən sonra telefon danışığının baş tutmasını istisna etmir.
Redaktor.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Kremlin hazırda ABŞ nümayəndələrinin Kiyevdə apardığı təmasların nəticələri barədə məlumatı yoxdur.
O, Putinin sentyabrın 5-də ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə görüşünü “sülhə doğru atılan kiçik addım” kimi qiymətləndirib. Peskov ABŞ tərəfinin sülh səylərini yüksək qiymətləndirdiklərini vurğulayıb.
“Rusiya amerikalıların sülhməramlı səylərini yüksək qiymətləndirir. Putin şəxsən bildirib ki, Trampa sülhə can atdığı üçün minnətdardır”, - Peskov deyib.
Kreml sözçüsü həmçinin Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların bərpa olunmasının mümkünlüyünü istisna etməyib. Bununla belə, hazırda belə görüşün keçirilməsi ilə bağlı konkret tarix və məkan açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 07 Sentyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















