525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı şəhəri H.İskəndərov adına 206 nömrəli tam orta məktəbin müəllimi, sənətşünas Nurtəkin Hüseynovadır.
Onunla intibah dövrünün böyük italyan heykəltaraşı, memar və şair Mikelancelo Buonarrotinin "Pyeta" heykəlindən danışmışıq.
1475-ci ildə Florensiyada müflisləşmiş zadəgan Ludovik Buonarottinin ailəsində dünyaya gələn Mikelancelo yaradıcılığı ilə intibaha yetkinlik, bütovlük, kamillik bəxş edib.
Mikelancelonun yaradıcılığında monumentallıq, plastik güc və dramatizm, insanpərvərlik, nəcib duyğular və bəşərilik kimi yüksək xüsusiyyətlər cəmlənib.
Onun yaradıcılığı sırf insan şəxsiyyətinə pərəstiş, insan böyüklüyünə və gözəlliyinə inam hissləri ilə vəhdətdədir.
- Nurtəkin xanım, əsərin yaranma tarixçəsi haqqında hansı əsas məqamları qeyd edə bilərsiniz?
- "Pyeta" 1498-1499-cu illərdə gözəl karrar mərmərindən yonulub. Hazırda Vatikanda Müqəddəs Pyotr bazilikasında saxlanılır.