Icma.az
close
up
RU
Pyeta Bir rəsmin dedikləri

Pyeta Bir rəsmin dedikləri

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı şəhəri H.İskəndərov adına 206 nömrəli tam orta məktəbin müəllimi, sənətşünas Nurtəkin Hüseynovadır. Onunla intibah dövrünün böyük italyan heykəltaraşı, memar və şair Mikelancelo Buonarrotinin "Pyeta" heykəlindən danışmışıq.

1475-ci ildə Florensiyada müflisləşmiş zadəgan Ludovik Buonarottinin ailəsində dünyaya gələn Mikelancelo yaradıcılığı ilə intibaha yetkinlik, bütovlük, kamillik bəxş edib. Mikelancelonun yaradıcılığında monumentallıq, plastik güc və dramatizm, insanpərvərlik, nəcib duyğular və bəşərilik kimi yüksək xüsusiyyətlər cəmlənib. Onun yaradıcılığı sırf insan şəxsiyyətinə pərəstiş, insan böyüklüyünə və gözəlliyinə inam hissləri ilə vəhdətdədir.

- Nurtəkin xanım, əsərin yaranma tarixçəsi haqqında hansı əsas məqamları qeyd edə bilərsiniz?

- "Pyeta" 1498-1499-cu illərdə gözəl karrar mərmərindən yonulub. Hazırda Vatikanda Müqəddəs Pyotr bazilikasında saxlanılır.

Heykəlin hazırlanması iki ildən az vaxt alıb və tamamlanandan sonra yerləşdiyi ilk məkan kardinalın özü üçün dəfn yeri kimi seçdiyi  Müqəddəs Pyotr bazilikasının cənub transeptində yerləşən Santa Petronilla kapellası olub.

"Pyeta" italyancadan tərcümədə "kədər", "kədərli" deməkdir. Bu heykəl sənətkarın dövrün aktual mövzusu olan Məryəm anaya, İsa Məsihə həsr etdiyi əsərlərdən birincisidir. Heykəl Mikelancelonun imzalanmış yeganə əsəridir və Vazari qeyd edir ki, Mikelancelo sonradan buna peşman olub və bir daha heç bir əsəri imzalamayacağına and içib.

Sənət əsərində çarmıxa çəkilmədən sonra İsanın bədəni anası Məryəmin dizləri üstündə təsvir olunub. Əsər monumental əsərdir, ümumi hündürlüyü 178 sm-dir.

- Sənət əsərinin quruluşu necədir?

- Heykəl maraqlı piramidal struktura malikdir. Piramidanın zirvəsini Məryəm ananın başı təşkil edir. Əsər Məryəmin geyimi fonunda aşağıya doğru genişlənib və Qolqof təpələri ilə tamamlanıb.  Heykəl nisbi ölçülərə malikdir. Buna səbəb isə yetkin insanı, xüsusilə qadın obrazını dizləri üzərində sığışdırmağın çətinliyidir.

Bu nisbiliyin nəticəsi kimi Məryəmin bədəninin əksər hissəsi  paltarının altında qalır və fiqurların əlaqəsi olduqca təbii görünür.

- Mikelancelonun müraciət etdiyi mövzu həm heykəltaraşlıqda, həm də rəssamlıqda çox işlənilib. Bu nümunə digərlərindən hansı xüsusiyyətlərinə görə fərqlənir?

- Bəli, Renessans dövrü də, sonrakı dövrlərdə də Qərb  rəssamalarının, heykəltaraşlarının ən çox müraciət etdiyi mövzulardan biri məhz Məryəmin, İsa Peyğəmbərin təsviri olub. Belə ki, Almaniya və Polşada həmçinin kardinalın vətəni Fransada "Pyeta" heykəllərinin işlənməsi ənənəsi var.

Mikelancelo öz xələflərindən, sələflərindən fərqli olaraq Məryəmi 50 yaşlı qadın yerinə daha cavan və gözəl təsvir edib. Bu nüans müxtəlif cür izah olunur. Maraqlı yanaşmalardan biri Məryəmin gəncliyinin onun təmizliyi, paklığını simvolizə etməsidir və Mikelancelo da onu məhz belə təsvir etmək istəyib. Çarmıxa işarə olaraq isə yalnız İsanın əlində kiçik mismar və xırda az nəzərəçarpan yara göstərilib. İsanın simasında ənənəvi gördüyümüz İsadan fərqli olaraq iztirab, əziyyət yoxdur.

- Müxtəlif zamanlarda heykəl hücumlarla da gündəmə gəlib.

- Bəli, əsər bir neçə dəfə zədələnib. Ən ciddi zədə isə 1972-ci il 21 may tarixində qeydə alınıb. Belə ki, psixi problemli Laslo Tot adlı avstriyalı geoloq heykələ "Mən İsa Məsihəm, mən öldükdən sonra diriləcəm" qışqıraraq  geoloq baltası ilə 15 zərbə endirib. Nəticədə Məryəmin sol əli dirsəkdən qopub, burnunun ucu və göz qapaqları ciddi zədələnib. Hücumdan sonra əsər çox çətinliklə bərpa olunub və Müqəddəs Pyotr bazilikasındakı öz yerinə qaytarılıb. Hazırda heykəl  "Cakonda" kimi güllə keçirməz şüşə altında qorunur.

- Sizcə, bu əsər bizə nə deyir?

- Heykəl İsa Məsihin bəşəriyyətin günahları üçün öz həyatını fəda verməsini simvolizə edir. Onun cəsədinin Məryəmin qucağında olması ilahi və dünyəvi aləm arasında körpü rolunu oynayır, insan və tanrı arasında əlaqəni göstərir. Əsər həm dini, həm də insani baxımdan vacib mesajlar verir. Pyeta insanın həyatındakı dərd, fədakarlıq, ölüm və qəbul etmə mövzularını dərindən incəliyir.

Heykəl Mikelancelonun bədii bacarığının zirvəsidir. Çünki əsərdə rəssam həm fiziki həm də emosional dərinliyi ustalıqla birləşdirib. Eyni zamanda o, dövrün klassik bədən tərtibatını və realist təsvir üsullarını göstərə bilib. Eyni zamanda əsər tarixi baxımdan da olduqca əhəmiyyətlidir. Çünki heykəl dövrün heykəltaraşlıq sənətindəki yenilikləri, xüsusilə bədənin anatomik düzgünlüyünü və ətraf mühitin işıqlandırılmasını uğurlu tətbiqini göstərir.

Məryəmin üzündəki sakit və təmkinli ifadə oğlunun ölümünə qarşı olan kədərini ifadə edir. O, anadır və bu ölümü qəbul etməyin çətinliyi üz ifadəsində son dərəcə dolğun şəkildə əks olunub.

Aytac SAHƏD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Mart 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see366

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see347

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see326

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see326

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see291

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see287

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see276

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see270

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see226

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see212

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see211

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see207

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see205

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see199

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see196

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see188

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see187

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri