Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Soydaşlarımızın Qərbi Azərbaycana dönüşünü heç kəs əngəlləyə bilməyəcək! Zaman bütün suallara cavab verən adil hakimdir.
44 günlük müharibədə tarixi Zəfərimiz bizim yeni hədəflərə doğru aparan yolumuzu işıqlandırdı, dünən röya kimi görünənlərin bu gün reallığa çevrilməsi gerçəkliyini ortaya qoydu.
Doğrudur, Qarabağ boyda problemimiz həllini gözlədiyi halda Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququndan danışmaq bəlkə də vaxtı qabaqlamaq kimi görünərdi.
Amma artıq vədə yetişib və bu gün biz haqlı olaraq bu mövzunu beynəlxalq arenaya çıxarmışıq.
Bəli, Qərbi azərbaycanlılar özlərinin dədə-baba torpaqlarına qayıtmaq istəyirlər və qayıtmalıdırlar.
Bu, onların bütün beynəlxalq konvensiyalarda öz təsbitini tapmış hüquqlarının təmin edilməsi və tarixi ədalətin bərpası demək olacaq.
Bəs, qarşı tərəfdən nə görürük? Hələlik bu mövzudan müxtəlif bəhanələrlə yayınmağa çalışan rəsmi İrəvan xaricdəki havadarlarının diktəsi ilə