Icma.az
close
up
RU
Qaçılmaz missiya

Qaçılmaz missiya

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Soydaşlarımızın Qərbi Azərbaycana dönüşünü  heç kəs əngəlləyə bilməyəcək!

Zaman bütün suallara cavab verən adil hakimdir. 44 günlük müharibədə tarixi Zəfərimiz bizim yeni hədəflərə doğru aparan yolumuzu işıqlandırdı, dünən röya kimi görünənlərin bu gün reallığa çevrilməsi gerçəkliyini ortaya qoydu. Doğrudur, Qarabağ boyda problemimiz həllini gözlədiyi halda Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququndan danışmaq bəlkə də vaxtı qabaqlamaq kimi görünərdi. Amma artıq vədə yetişib və bu gün biz haqlı olaraq bu mövzunu beynəlxalq arenaya çıxarmışıq. Bəli, Qərbi azərbaycanlılar özlərinin dədə-baba torpaqlarına qayıtmaq istəyirlər və qayıtmalıdırlar. Bu, onların bütün beynəlxalq konvensiyalarda öz təsbitini tapmış hüquqlarının təmin edilməsi və tarixi ədalətin bərpası demək olacaq.

Bəs, qarşı tərəfdən nə görürük? Hələlik bu mövzudan müxtəlif bəhanələrlə yayınmağa çalışan rəsmi İrəvan xaricdəki havadarlarının diktəsi ilə Bakının sülhə yönəlik addımlarına, Ermənistanın özünə dividendlər gətirəcək təşəbbüslərinə qarşı çıxır. Ermənistan hakimiyyətinin bütün imkanları ilə Qərbi azərbaycanlıların qayıdış hüququnun reallaşmasına mane olmağa çalışdığı göz qabağındadır. Amma, yuxarıda qeyd etdiyimiz kimi, ən böyük hakim artıq öz hökmünü verib.
XX əsrin əvvəllərində, 1948-1952-ci illərdə və Qarabağ münaqişəsinin başlandığı 1988–1989-cu illərdə ata-baba yurdundan zorla çıxarılmış hər bir azərbaycanlının doğma ocağa qayıtmaq hüququ var. Arxiv sənədləri, foto-video sübutlarla təsbit olunmuş bu mütləq həqiqəti Ermənistan rəhbərliyi nə qədər tez qəbul etsə, həm özünün, həm də sülhün xeyrinə iş görmüş olar. Soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı onların hüquqlarının bərpası və ədalətin təntənəsi olmaqla yanaşı, iki ölkə arasında möhkəm sülhün əldə edilməsi üçün zəruri şərtə çevrilib. Hayların başbilənləri bu reallığı da dərk etməlidirlər. Anlamalıdırlar ki, soydaşlarımızın doğma yurdlarına qayıdış hüququ beynəlxalq hüququn və fundamental insan haqlarının ayrılmaz tərkib hissəsidir. Bu gerçəyi daşnak-şovinist, irqçi ritorikasından əl çəkməyi bacarmayan hayların həzm etməsi çətin görünə bilər. Amma buna məhkumdurlar. Azərbaycan bu məsələni diplomatik yolla həll etməkdə israralıdır. Heç kəsə sirr deyil ki, indiki mərhələdə rəsmi Bakının nümayiş etdirdiyi mövqe, göstərdiyi səylər məhz bu planın dinc yolla reallaşmasına hesablanıb. Yəni, soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı heç bir halda Ermənistana ərazi iddiası kimi qəbul edilə bilməz. 
Qaçılmaz reallıqla üz-üzə qalan İrəvan ermənilərin Qarabağa qayıdışı ilə azərbaycanlıların Qərbi Azərbaycana dönüşü məsələsini eyniləşdirməyə çalışır. Müqayisəyə gəlməyən məsələləri qarşılaşdırmağa girişən erməni siyasətçilərin üzünə dirənən həqiqət var: azərbaycanlılar tarixən Göyçə, Zəngəzur və İrəvanda yaşayıblar, ermənilər isə Qarabağa sonradan köçüblər. Buna baxmayaraq Bakı ermənilərin Qarabağda yaşamasına etiraz etmir. Sadəcə, bildirir ki, bunun üçün etnik ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli və hamı kimi, ölkə qanunları ilə yaşamalıdırlar. Bu zaman Azərbaycan onların təhlükəsizliyinə təminat verir. 
Qərbi Azərbaycana qayıdış indi Bakının əsas hədəflərindəndir. Prezident İlham Əliyev öz çıxışlarında bunu dəfələrlə bəyan edib. “Hələ 10 il bundan əvvəl bu mövzunu artıq siyasi gündəliyə gətirmiş oldum və mənim tövsiyəmlə o vaxt Azərbaycan alimləri elmi əsərlər yaratmağa başlamışlar. İrəvan xanlığı haqqında böyük elmi əsər yaradılmışdır və Qərbi azərbaycanlıların keçmişdəki yaşayışı, orada məskunlaşması, tarixi xəritələrin çap etdirilməsi. Bütün bunları biz o vaxt da elə görürdük, çünki bu, bizim haqlı istəyimiz idi. Amma yenə də deyirəm, hər şeyin ardıcıllığı var və sıra artıq gəlib çatıb ki, biz bu məsələ ilə bağlı daha ciddi məşğul olmağa başlamışıq. İlk növbədə, Azərbaycanda fəaliyyət göstərən, Qərbi Azərbaycandan olan bir neçə ictimai qurum vahid bir təşkilat çərçivəsində birləşdi. Qərbi Azərbaycan İcması, onun fəaliyyəti daha da təkmilləşdi, o cümlədən, beynəlxalq fəaliyyəti, bir çox beynəlxalq təşkilatlarla təmaslar yaratdı və bu məsələ artıq beynəlxalq gündəliyə salınmışdır. Çünki bu, vacibdir. Həm beynəlxalq leksikona, həm beynəlxalq gündəliyə artıq bu məsələ salınmışdır. Bundan sonra, əlbəttə ki, bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar. Bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir”. Bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
* * * 
Qərbi Azərbaycan layihəsi ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Ərazisi bütövləşmiş dövlətin xalqın kimlik bayrağını doğma yurdun hər qarışına sancmaq kimi olduqca milli və tarixi missiyası da var. 
Əgər bu gün bu missiyanı gerçəkləşdirməsək bizi gələcəyə aparan yolun yarıda qırılma təhlükəsi yarana bilər.   
Mövzu ilə bağlı XQ-yə açıqlama verən siyasi icmalçı Fərhad Məmmədovun sözlərinə görə, Qərbi Azərbaycana qayıdış məsələsi cəmiyyətimizdə dəstəklənən mövzudur: “Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində bu məsələni xüsusi olaraq vurğuladı. Cənab Prezident qeyd etdi ki, bu, ilk növbədə, insan haqları kontekstində başa düşülməli və qəbul olunmalıdır. Heç bir halda qonşu ölkəyə qarşı ərazi iddiası formasında təsnifatlandırıla bilməz. Vaxtilə orada yaşamış soydaşlarımız beynəlxalq konvensiyalarda göstərilən hüquqlara malikdirlər. Qayıdış məhz həmin hüquqi bazaya əsaslanır. Əgər bu gün dünya ictimaiyyəti və yaxud hansısa beynəlxalq təşkilatlar, əks-arqument kimi, Qarabağ ermənilərinin geri qayıtması məsələsini qabardırsa, onda Azərbaycan da Qərbi azərbaycanlıların yurduna dönməsi mövzusunu gündəmə gətirib. Bu iki məsələyə məhz paralel olaraq baxılmalıdır. Əslində, bu, “Dağlıq Qarabağ” münaqişəsinin humanitar fəsadları sayılmalıdır. Bu fəsadlardan hansınısa ayrıca götürüb onun üzərində müzakirənin açılması və ya sənəd qəbul edilməsi qətiyyən düzgün deyil. Doğrudur, bu məsələ sülh sazişində öz əksini tapmayıb. Amma bu mövzu iki ölkə arasında sülh prosesinin tərkib hissəsidir. İndiki məqamda Azərbaycan onu nümayiş etdirir ki, o, bu müstəvidə də danışıqlar aparmağa hazırdır”.               
Bu gün 300 min Qərbi azərbaycanlının doğma yurdlarına qayıtmasının vacibliyindən danışan cənab Prezident bütövlükdə həmin bölgədən çıxmış və bu gün respublikanın müxtəlif bölgələrində yaşayanların, onların nəvə və nəticələrinin sayının daha çox olduğunu bildirdi. Yerli telakanallara müsahibəsində tarixə nəzər salan dövlətimizin başçısı münaqişənin köklərini və səbəblərini biməyənlərə XIX əsr rus imperiyasının xəritələrinə baxmağı tövsiyə edir: “Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir. Ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələrini götürək. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz “Sevan gölü” adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi”. 
Azərbaycan xalqının XX əsrdə üç dəfə deportasiyaya məruz qaldığını qeyd edən İlham Əliyev bu deportasiyaların hər dəfə böyük fəsadlarla müşayiət olunduğunu vurğulamağı da unutmadı. Mövcud şəraitdə Ermənistan baş nazirini Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etməyə çağıran dövlətimizin başçısı bu addımın demokratik dəyərlərə riayət edilməsi baxımından da doğru olduğuna diqqəti çəkdi: “Qəbul etsin, onların dilindən problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy, onu əyani şəkildə göstərsin. Eyni zamanda, hesab edirəm ki, ATƏT də bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Biz Avropa Komissiyasından da mövqe gözləyirik. Yəni, sadəcə olaraq, bunu görməzliyə vurmaq düzgün addım deyil. Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir”.
* * * 
“Ermənistan tərəfi nəzərə almalıdır ki, Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslər gec-tez mütləq reallaşır. Və həmin təşəbbüslərin gerçəkləşməsinin özünəməxsus metodologiyası var”. Bu fikrin müəllifi, siyasi şərhçi Tofiq Abbasov hesab edir ki, Azərbaycan dövlətinin gündəmə gətirdiyi təklif və məramlar, ideya və proqramlar heç də kortəbii çəkildə ortaya çıxmır: “Bunların üzə çıxmasında konkret hadisələr, müəyyən amillər öz rolunu oynayır. Sonradan bu təşəbbüslər elə forma alır ki, onların reallaşma ehtimalı artır. 
Ola bilsin ki, hazırda Ermənistan cəmiyyətində bu məsələyə inanan azdır. Yəni, buna fantastik istək kimi baxsalar da, əslində, elə deyil. Məsələ heç də Qərbi Azərbaycan İcmasının güclənməsində, xaricdə öz nümayəndəliklərini yaratmasında, mövzunun dünyada əks-səda doğurmasında deyil. Mahiyyət ondan ibarətdir ki, ermənilər ötən əsrin axırlarından etibarən azərbaycanlılara qarşı bir neçə dəfə dəhşətli cinayətlər törədiblər. Bununla da onlar qonşuları ilə sülh şəraitində yaşamaq niyyətində olmadıqlarını ortaya qoydular. Çox təhlükəli tendensiyadır. Çünki bu zaman haylar bəşər övladının təməl haqlarını ayaqlar altına atmış olurlar. İnsanın doğulduğu yerdə yaşamaq və işləmək haqqı var. Azərbaycanlıların öz yurdlarına qayıtmaq kimi təbii hüquqları mövcuddur. Bu günlərdə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın açıqlamasını eşitdiniz. Deyir ki, 90-cı illərin əvvəllərində Ermənistanı, sonra isə Qarabağı azərbaycanlılardan təmizləmişik. Guya, ermənilərin yaşadıqları yerlərdə azərbaycanlılar yoxdur. Bununla da soydaşlarımıza qarşı deportasiyanı həyata keçirdiklərini etiraf edirlər. 
İrəvan nə qədər inkarçılıqla məşğul olsa da, müxtəlif bəhanələr uydursa da, bu məsələ öz həllini tapacaq. Hayların bəhanələrindən biri də odur ki, məsələni “güzgü prinsipi” ilə yoluna qoymaq lazımdır. Ermənilər Qarabağa, azərbaycanlılar Qərbi Zəngəzura qayıtsınlar. Birincisi, Azərbaycan erməniləri Qarabağdan deportasiya etməyib. Bizə silah qaldırmayan, hərbi cinayət törətməyən ermənilər buyurub qayıda bilərlər. Qarabağda Azərbaycan vətəndaşı olan ermənilər yaşayırlar. Necə ki, soydaşlarımız da doğma yurdlarına qayıdaraq Ermənistan vətəndaşı kimi yaşayıb çalışmalıdırlar. Sadəcə olaraq, bu işlərə maneçilik törədilməsin. Onda Böyük Qayıdışdan danışa biləcəyik”.                     
Azərbaycan Prezidentinin müsahibəsində qeyd etdiyi kimi, indi əsas vəzifə həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır. Dövlətimizin başçısının Qərbi Azərbaycana qayıdışla bağlı dediyi bu sözlər isə Fransa başqda olmaqla ermənipərəst düşərgəyə ünvanlanan sərt mesaj idi. Prezident onu da demişdir ki, əgər indiki baş nazir demokratdırsa, özü də Avropa demokratiyasının “banisi olan” Fransa prezidenti Makronun dostudursa, qoy, ona göstərsin, qoy, icazə versin: “Yəni, bizim istəyimiz bundan ibarətdir və bunu tələb etmək hər hansı bir ərazi iddiasında olmaq demək deyil. Sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayacağıq. Halbuki, bizə belə təkliflər var. Amma bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən, Qərbi Zəngəzura yerləşəcəklər”.
Fəaliyyətində bu tezisi əsas tutan Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyası reallaşacaq və soydaşlarımız doğma yurdlarına mütləq qayıdacaqlar. 
Azərbaycan dövlətinin başçısı hakimiyyətinin ilk dövrlərindən etibarən bütün çıxışlarında Qarabağa qayıdış barədə danışırdı. Sözün əmələ çevrildiyi məqam yetişdi və Azərbaycan Ordusu Qarabağı işğalçılardan azad etdi. Əslində, bu, rəsmi Bakının düşünülmüş xarici siyasət kursunun, diplomatik uğurunun təzahürü olmaqla yanaşı, həm də ölkəmizin hərbi qüdrətinin, liderin seçdiyi hədəflərə addım-addım yetişməsinin göstəricisi oldu. Nəyi, nə zaman və necə edəcəyini dəqiq hesablayan cənab Prezidentin Qərbi Azərbaycana və Qərbi Zəngəzura qayıdışı da təmin edəcəyinə heç kəsin şübhəsi olmasın. Buna qarşı çıxanlara  ismarıcımız isə çox sərtdir: son aqibətiniz daha betər ola bilər.  

İmran BƏDİRXANLI 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri