Qadın kimdir? ANALİZ | Icma.az
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bir vaxtlar mətbuatın sevimli mövzusu idi gender bərabərliyi mövzusu.
Əzilən, xor görülən, incidilən qadınların haqqında səhifələrlə məqalələr hazırlanırdı, verilişlər, sujetlər çəkilirdi.
Bütün cəhdlər, qadınların ikinci sinif kimi əziyyət görmələrini dünyaya car çəkmək, bu əziyyətə qarşı üsyanlarını mediaya çıxarmaq, baxış sayı toplamaq, müəyyən ölkələrdən alınan qrantların haqqını ödəmək uğrunda idi.
Bu torpaqlar var olduğu gündən etibarən qadın hökmdar da olub, qadın diplomat da, qadın sərkərdə də, qadın cəngavər də.
Qadın əzilməyib tarixən Azərbaycanda, ta ki yad mədəniyyətlər pərçimlənməyincə, yad əllər torpaqlarımıza uzanmayınca...
Haradasa oxumuşdum: “Əgər bir qadın sevdiyini, sevdiyi qədər möhkəm qucaqlaya bilsə, bütün sümükləri sınar”.
Zərif dediyimiz qadından dünya boyda sevgi çıxarmı? Çıxar. Bəşəriyyət onun bətnindən törəyib, sevgi onun içindən daşıb cahana.
Tam oxu
Xəbəri oxu