Icma.az
close
up
RU
Qadın kimdir? ANALİZ

Qadın kimdir? ANALİZ

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir vaxtlar mətbuatın sevimli mövzusu idi gender bərabərliyi mövzusu. Əzilən, xor görülən, incidilən qadınların haqqında səhifələrlə məqalələr hazırlanırdı, verilişlər, sujetlər çəkilirdi. Bütün cəhdlər, qadınların ikinci sinif kimi əziyyət görmələrini dünyaya car çəkmək, bu əziyyətə qarşı üsyanlarını mediaya çıxarmaq, baxış sayı toplamaq, müəyyən ölkələrdən alınan qrantların haqqını ödəmək uğrunda idi. Bu torpaqlar var olduğu gündən etibarən qadın hökmdar da olub, qadın diplomat da, qadın sərkərdə də, qadın cəngavər də. Qadın əzilməyib tarixən Azərbaycanda, ta ki yad mədəniyyətlər pərçimlənməyincə, yad əllər torpaqlarımıza uzanmayınca...

Haradasa oxumuşdum: “Əgər bir qadın sevdiyini, sevdiyi qədər möhkəm qucaqlaya bilsə, bütün sümükləri sınar”. Zərif dediyimiz qadından dünya boyda sevgi çıxarmı? Çıxar. Bəşəriyyət onun bətnindən törəyib, sevgi onun içindən daşıb cahana. Qadın təmənnasız sevir, qarşılıqsız sevir. Qadının sevgisi dibsiz quyudur, bitməyəndir, tükənməzdir. Bir qadından təmənnasız sevgi görürsünüzsə, bunun dəyərini bilin.

Ən yaxşı dinləyici və ən yaxşı sirdaşdır qadın. Ailə o zaman bütöv olur ki, bütün sirlər açıqda olur, kişi qadını sirdaş görür özünə. O dinləməyi də bacarır, sakitləşdirməyi də. Dünyanın ən təhlükəsiz yeridir onun yanı, hələ sevirsinizsə, aşiqsinizsə onun yanı müqəddəsdir sizə. Ondan gizlətməyin, açıq sözlü kişiləri sevir qadınlar. Enerjini başqalarına xərcləyib yorğun, bitkin getmə yanına, ona da enerji sərf et, onunla danış, onu da dinlə. Məsləhət al, məsləhət ver. Qadınlar 24 saat çəkdikləri yükü unudurlar həyat yoldaşı ilə 24 saniyə də olsa dərdləşəndə. Dinlənmək, anlaşılmaq, ciddiyə alınmaq qanad verir onlara.

Evdə də, işdə də dəyişməyən bir şey var – harada qadın varsa, məsuliyyət onun üzərindədir. Ən böyük tədqiqatlar, araşdırmalar da nəticələrini elan edəndə bunu aydın görürük. Məişətdə ən böyük yük qadının çiyinlərindədir. Evdə işləyir, həyətyanı təsərrüfatda işləyir, uşaqlarla məşğul olur, məktəbə aparıb-gətirir, dərslərini etməyə nəzarət edir, dükan-bazar işlərinə qaçır, ümumiyyətlə, qadınlar nəfəs dərmir. İşləyən qadınlar iş mühitində məsuliyyəti daim çiyininə götürür, daha çox işlə yüklənir, tapşırığı daha tez yerinə yetirir, qarşı cinsə nisbətən daha çox məhsuldar olur.

Bir qadına nə verirsənsə, sənə ikiqat geri qayıdır. Sevgi, hörmət, fədakarlıq və bunun kimi bir çox münasibət formaları bir qadın üçün əvəzsiz sərvətdir. Bütün qadınlar diqqəti sevir, özünə qarşı diqqət görən qadın bunun qarşılığını artıqlaması ilə qaytarır. Çünki fədakarlıq, münasibətdə qarşı tərəfə özündən nələrisə qurban vermək onun təbiətindədir. Qadının qəlbini sevgi ilə doldurduqda o nə maddi şeyləri görür, nə də çiyinində olan yükləri. Onun tək istəyi qarşı tərəfdən gördüyü dəyər, qayğı və diqqətdir. Əslində, sizin ona ev işlərində kömək etməyiniz işini artırmaqdan başqa bir şey deyil. Çünki qadınlar yalnız öz gördükləri işi bəyənirlər, sizin təmizlədiyiniz döşəməni o yenidən təmizləyəcək, amma sizin ona kömək təklif etməyiniz böyük dəyərdir. Onun sizin köməyinizə ehtiyacı olmasa belə, bu köməyi əsirgəməyin. Əmin olun, ona etdiyiniz ən kiçik köməyi gecikmədən artıqlaması ilə özünüzə qaytaracaq.

Dünyanın heç bir yerində, heç bir qadın müharibə arzulamır. Müharibə qandır, ölümdür, bala, ər, ata, qardaş itkisidir və qadın öz ölümünə razı olar, amma onlardan birini itirməyə yox. Qadınlar sülh istəyir, həm dünyada, həm ölkəsində. Qadınlar barışmağın, sülh içində qardaşcasına yaşamağın tərəfdarıdır. Qadınlar sülh üçün övladının qatilini belə əhv edə biləcək qədər böyük ürəyə sahibdir. Qadınlar övladı müharibə görməsin deyə dünyanın yükünü çiynində gəzdirməyə razıdır. Qadın mərhəməti bu dünyanın ehtiyacı olan ən böyük duyğudur.

“Bir qadın gücdür, çox qadın isə inqilabdır” deyiblər. Bunu onlar tarixin bir çox dövrlərində sübut ediblər. Əməyini, gücünü, sağlamlığını istismar edənlərə qarşı etiraz səslərini yüksəltmələri ilə inqilab etdilər. 8 Martın qəbul edilməsi sosialist qadınların dirənişinin, etirazının, qərarlılığının nəticəsində olmadımı? Qadın istəyərsə böyük gücə malikdir, bu tarix bəşəriyyətə bunu sübut etdi.

Qadınlarsız bir dünya təsəvvür edin. Elə ilk saniyədə insanın ruhu sıxılır, nəinki cismi. Qadınlar dünyanın bəzəyidir, estetikasıdır. Estetika demişkən, estetik gözəllikdən danışmıram. Təbiətin yaratdığı, bədənini sevən, özünü yaradanın gördüyü kimi görən qadınları nəzərdə tuturam. Gözəl bir qadın lütfdür, şansdır, bəxşişdir. Əgər bir gün dünya pislikdən, zülmdən xilas olacaqsa onu qadın gözəlliyi, estetikası və zərafəti xilas edəcək.

Yaradan qadına elə bir qüdrət verib ki, bu qüdrətin eynisi yalnız özünə məxsusdur – yaratmaq qabiliyyəti. Bütün bəşəriyyət qadının bətnindən yaranıb. Tarixin bəzi dövrlərində qadınlar bu üstün xüsusiyyətinə baxmayaraq xor görülüb, əzilib və istismar edilib. Qadınlar daşlanıb, asılıb, kəsilib, yandırılıb. Yaradanın ən qüdrətli varlıq kimi xəlq etdiyi bu yaradılış möcüzəsinə qarşı olan qeyri-insani münasibət onlara bu dünyada cəhənnəmi yaşadıb.

Olduğu yeri cənnətə çevirən, xarabalığı yurd edən, yuvaya çevirəndir qadın. Ayağının dəydiyi yer gözəlləşir, əlini vurduğu hər şey yenilənir. İnsan övladının bu dünyada cənnətidir qadın. Qoxusu, nəfəsi, addımı, toxunuşu – hər şeyi cənnəti xatırladır. Cənnət onları ayağının altı, müqəddəs yer əllərinin toxunduğu yerdir. Qadını incidən özünü cənnətindən məhrum edir demək...

Yaşadığımız coğrafiyanı bizə vətən edən, yurd edən qadındır, anadır. Onu qorumaq üçün qoruyuruq əslində vətəni. Vətən bizim üçün ana deməkdir, necə ki, Ana Vətən, Ana Torpaq deyirik. Qadın yurddur, evdir, eşikdir, torpaqdır. Necə ki, torpağa atdığın dən cücərir, boy atır, məhsul verir, eləcə də ananın bətnində böyütdüyü, dünyaya gətirdiyi fidanlar böyüyür yurda oğul, qız olur. Qadınsız insan yurdsuz insandır, qadınsız kişi vətənsiz kişidir. Qadın vətəndir, vətən isə müqəddəs.

Qadın insandır, kişilər isə insan övladı. Belə deyib böyük ozan Neşet Ertaş. Siz heç bu günə qədər kişilərin haqlarının pozulması, öldürülmələri, zorakılığa məruz qalmaları səbəbindən aksiya keçirdiklərini gördünüzmü? Mən görmədim. Çünki bütün bunlara qadınlar məruz qalır, döyülür, söyülür, qətl edilir. Haqlarını tələb edirlər, ala bilsələr... İnsanlıq qaça-qaça, var gücü ilə sıldırım qayalığa doğru gedir. İnsanlığı qətl etməyin ey kişilər! Oturduğunuz budağı kəsməyin. Qadının həyatda ən böyük qorxusu qarşı tərəfin sevgisini və hörmətini itirməkdir, çünki qadınlar bitkilər kimidir, sevdikləri çiçəklər, güllər kimidir onlar, sevgi göstərməsən, suvarmasan, gübrələməsən tez solarlar.

Çox qadın öz gücünün fərqində deyil, nəinki özünə, bütün dünyaya su, gübrə ola biləcəyini bilmir. Əgər bilsə...

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Mart 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see279

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see199

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see199

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see196

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see187

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see187

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see186

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see186

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see185

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see184

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see181

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see180

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see180

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see177

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see177

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see176

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri