Qadınlar gün ərzində kişilərdən 3000 söz daha çox danışır Elm sübut etdi | Icma.az
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq. Müxtəlif yaş qrupları arasında aparılan araşdırma nəticəsində məlum olub ki, 25-65 yaş
Lakin bu fərq gənclər (10-24 yaş) və yaşlı insanlar (65 yaş və yuxarı) arasında müşahidə olunmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə " Interesting Engineering" məlumat yayıb.
"Qadınların kişilərdən daha çox danışdığına dair geniş yayılmış bir fikir var.
Biz bu iddianın elmi baxımdan nə dərəcədə əsaslı olduğunu yoxlamaq istədik", deyə tədqiqatın həmmüəllifi, Alberta Universitetinin klinik psixologiya üzrə doktorantı Kolin Tidvell bildirib.
Tədqiqat çərçivəsində dörd ölkədə aparılan 22 fərqli araşdırmadan əldə olunan 630 min səs yazısı təhlil edilib.
Ümumilikdə 10-94 yaş aralığında 2197 iştirakçı araşdırmaya cəlb olunub.
Alimlər qadınların niyə məhz yetkin və orta yaş dövründə kişilərdən daha çox danışdığını dəqiq izah edə bilməsə də, bunun əsas səbəblərindən birinin qayğıkeşlik rolu ola biləcəyini ehtimal edirlər.
Tam oxu
Xəbəri oxu