Icma.az
close
up
RU
Qadınlar gün ərzində kişilərdən 3000 söz daha çox danışır Elm sübut etdi

Qadınlar gün ərzində kişilərdən 3000 söz daha çox danışır Elm sübut etdi

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Müxtəlif yaş qrupları arasında aparılan araşdırma nəticəsində məlum olub ki, 25-65 yaş aralığında olan qadınlar gündə təxminən 21 845 söz danışır, halbuki bu yaş qrupundakı kişilər 18 570 söz işlədir. Lakin bu fərq gənclər (10-24 yaş) və yaşlı insanlar (65 yaş və yuxarı) arasında müşahidə olunmayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə " Interesting Engineering" məlumat yayıb.

"Qadınların kişilərdən daha çox danışdığına dair geniş yayılmış bir fikir var. Biz bu iddianın elmi baxımdan nə dərəcədə əsaslı olduğunu yoxlamaq istədik", deyə tədqiqatın həmmüəllifi, Alberta Universitetinin klinik psixologiya üzrə doktorantı Kolin Tidvell bildirib.

Tədqiqat çərçivəsində dörd ölkədə aparılan 22 fərqli araşdırmadan əldə olunan 630 min səs yazısı təhlil edilib. Ümumilikdə 10-94 yaş aralığında 2197 iştirakçı araşdırmaya cəlb olunub.

Alimlər qadınların niyə məhz yetkin və orta yaş dövründə kişilərdən daha çox danışdığını dəqiq izah edə bilməsə də, bunun əsas səbəblərindən birinin qayğıkeşlik rolu ola biləcəyini ehtimal edirlər. 

"Qadınlar adətən ailədə əsas qayğı göstərən şəxs olduqlarına görə, bu illərdə uşaqlarla və digər ailə üzvləri ilə daha çox ünsiyyətdə olurlar", deyə Alberta Universitetinin psixologiya kafedrasının professoru, tədqiqatın baş müəllifi Mattias Mel bildirib.

Maraqlıdır ki, tədqiqat həm də insanların ümumilikdə daha az danışmağa meyilli olduğunu üzə çıxarıb. Alimlər bunu rəqəmsal kommunikasiyanın artması ilə əlaqələndirirlər. Mesajlaşma və onlayn ünsiyyətin geniş yayılması üzbəüz söhbətləri əvəz etdiyindən, gələcəkdə insanların gündəlik danışıq həcminin azalması ehtimal edilir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Fevral 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri