Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rəsmi məlumata görə, hazırda Azərbaycanda qeydiyyatda 1 042 narkotik asılılığı olan qadın var.
Ümumilikdə isə bu il may ayının 1-nə olan məlumata əsasən, ölkədə ümumilikdə 41 231 narkotik asılılığı olan şəxs qeydiyyatdadır.Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatına əsasən, Azərbaycanda narkoloji dispanserdə qeydiyyatda olan 36 659 nəfərdən 802-ni qadınlar təşkil edib.Narkoman qadınların sayının artmasının səbəbi nədir?
Əsasən hansı yaş aralığında olan qadınlar bu asılılıqdan əziyyət çəkir?Mövzu ilə bağlı narkomaniya üzrə ekspert Emil Maqalov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, cinsindən asılı olmayaraq, narkotik asılılığı insanın düşdüyü mühit əsasında yaranır.Onun sözlərinə görə, yüngül həyat tərzi keçirən qadınların narkotik asılılığı özünü daha çox büruzə verir:"Həmin qadınların narkotacirlərə çıxışı digər qadınlarla müqayisədə adətən daha asan olur.
Narkotik asılılığına yüngül həyat tərzi yaşamayan qadınlar da düşə bilir.
Onların həyat yoldaşı, dostu, tanışı, çevrəsindəki kimsə artıq narkomandırsa və ya vaxtaşırı digər narkotik vasitələrdən istifadə edirsə, həmin qadın da yoxlayır.
Xüsusən də el arasında "patı" deyilən metamfetamindən 2 və ya 3 dəfə istifadə edəndən sonra insanda psixoloji və fiziki asılılıq yarana bilir.
Hətta insanı öldürə də bilir”.Müsahibimiz qeyd edib ki, müvafiq qurumların maarrifləndirici çağırışlarına baxmayaraq, əksər qadınlar düşdüyü mühitin təzyiqi altında narkotik vasitələrdən istifadə edir.