Icma.az
close
up
RU
Qadınlarda narkotik asılılığı: Bu bəladan xilas yolu varmı?

Qadınlarda narkotik asılılığı: Bu bəladan xilas yolu varmı?

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəsmi məlumata görə, hazırda Azərbaycanda qeydiyyatda 1 042 narkotik asılılığı olan qadın var. Ümumilikdə isə bu il may ayının 1-nə olan məlumata əsasən, ölkədə ümumilikdə 41 231 narkotik asılılığı olan şəxs qeydiyyatdadır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatına əsasən, Azərbaycanda narkoloji dispanserdə qeydiyyatda olan 36 659 nəfərdən 802-ni qadınlar təşkil edib.

Narkoman qadınların sayının artmasının səbəbi nədir? Əsasən hansı yaş aralığında olan qadınlar bu asılılıqdan əziyyət çəkir?

Mövzu ilə bağlı narkomaniya üzrə ekspert Emil Maqalov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, cinsindən asılı olmayaraq, narkotik asılılığı insanın düşdüyü mühit əsasında yaranır.

Onun sözlərinə görə, yüngül həyat tərzi keçirən qadınların narkotik asılılığı özünü daha çox büruzə verir:

"Həmin qadınların narkotacirlərə çıxışı digər qadınlarla müqayisədə adətən daha asan olur. Narkotik asılılığına yüngül həyat tərzi yaşamayan qadınlar da düşə bilir. Onların həyat yoldaşı, dostu, tanışı, çevrəsindəki kimsə artıq narkomandırsa və ya vaxtaşırı digər narkotik vasitələrdən istifadə edirsə, həmin qadın da yoxlayır. Xüsusən də el arasında "patı" deyilən metamfetamindən 2 və ya 3 dəfə istifadə edəndən sonra insanda psixoloji və fiziki asılılıq yarana bilir. Hətta insanı öldürə də bilir”.

Müsahibimiz qeyd edib ki, müvafiq qurumların maarrifləndirici çağırışlarına baxmayaraq, əksər qadınlar düşdüyü mühitin təzyiqi altında narkotik vasitələrdən istifadə edir. "Bir dəfə ilə heç nə olmaz" deməklə narkotik vasitədən istifadə edən qadınlar var ki, nəticə etibarilə çox ağır fəsadlarla üzləşirlər.

Emil Maqalov: Əksər qadınlar düşdüyü mühitin təzyiqi altında narkotik vasitələrdən istifadə edir

E.Maqalovun sözlərinə görə, qadınlarda narkotik asılılığına məruz qalanlar 18-35 yaş aralığındadır. Narkotik vasitə elədir ki, bir dəfə istifadə edəndən sonra ömürlük asılılıq yarada bilir.

"Narkotik asılılığından azad olmaq üçün şəxs Reabilitasiya Mərkəzinə yerləşdirilə bilər. Lakin bu zaman 5000-6000 manat civarında vəsait lazımdır. Bu vəsait isə həmin şəxslərdə olmur. Çünki şəxs narkoman olandan sonra hər şeyini itirir. Ona görə də dəfələrlə tövsiyə edirik ki, narkotik vasitəni yoxlamağa belə dəyməz", - deyə Emil Maqalov vurğulayıb.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 İyun 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri