Qafqazda daimi sülh və “Zayed Mükafatı” ŞƏRH | Icma.az
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
1971-ci ildən, yəni artıq bu il 55-cisi keçirilən Dünya İqtisadi Forumu (DİF) siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir.
Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir.
Bu il yanvarın 19-da başlanan və ayın 23-dək keçiriləcək Davos Forumunda rekord sayda – 60-dan çox dövlət və hökumət başçısı, müxtəlif ölkələrin 55 iqtisadiyyat və maliyyə naziri, bütövlükdə təxminən 400 yüksək səviyyəli siyasi lider, eləcə də dünyanın bir çox aparıcı şirkətlərinin rəhbərliyində təmsil olunan təxminən 850 sədr və baş icraçı direktor iştirak edir.
Elə bu statistika da dünya iqtisadiyyatının və siyasətinin “beyin mərkəzi” hesab olunan Davos İqtisadi Forumunun müasir çağırışların geniş və fəal müzakirə edildiyi ən nüfuzlu platforma olduğunu təsdiq edır.
Son illərdə bu beynəlxalq platformanın ən fəal dövlət başçılarından biri kimi tanınan Prezident İlham Əliyevin iştirak etdiyi DİF-2026 üçün “Dialoq ruhu” mövzusu əsas seçilib və bu müstəvidə aşağıdakı beş mövzu müzakirə edilməkdədir: mübahisəli dünyada əməkdaşlığın təşviqi, yeni iqtisadi artımın təmin edilməsi, insanlara investisiya qoyuluşu, innovasiyanın (xüsusən də süni intellekt və texnologiya) məsuliyyətlə miqyaslandırılması və dünya miqyasında rifahın qurulması, bütün bunlarla yanaşı, dövlət-özəl tərəfdaşlığı vasitəsilə geosiyasi dəyişikliklər, texnoloji pozuntular və iqlim problemləri ilə mübarizə aparılması.
Başqa sözlə, hər ilin əvvəlində dünya iqtisadiyyatının və siyasətinin nəbzinin döyündüyü DİF bu il də mühüm geosiyasi müzakirələrlə yadda qalacaq.
Azərbaycan Prezidentinin 2007-ci ildən mütəmadi şəkildə iştirak etdiyi və bu il 18-ci dəfə qatıldığı DİF Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün mühüm bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır və bu da öz növbəsində ölkə iqtisadiyyatına xarici investisiyaları cəlb etmə imkanlarını reallaşdırmağa şərait yaradır.
Tam oxu
Xəbəri oxu