Icma.az
close
up
RU
Qafqazda daimi sülh və “Zayed Mükafatı” ŞƏRH

Qafqazda daimi sülh və “Zayed Mükafatı” ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1971-ci ildən, yəni artıq bu il 55-cisi keçirilən Dünya İqtisadi Forumu (DİF) siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir.

Bu il yanvarın 19-da başlanan və ayın 23-dək keçiriləcək Davos Forumunda rekord sayda – 60-dan çox dövlət və hökumət başçısı, müxtəlif ölkələrin 55 iqtisadiyyat və maliyyə naziri, bütövlükdə təxminən 400 yüksək səviyyəli siyasi lider, eləcə də dünyanın bir çox aparıcı şirkətlərinin rəhbərliyində təmsil olunan təxminən 850 sədr və baş icraçı direktor iştirak edir. Elə bu statistika da dünya iqtisadiyyatının və siyasətinin “beyin mərkəzi” hesab olunan Davos İqtisadi Forumunun müasir çağırışların geniş və fəal müzakirə edildiyi ən nüfuzlu platforma olduğunu təsdiq edır. Son illərdə bu beynəlxalq platformanın ən fəal dövlət başçılarından biri kimi tanınan Prezident İlham Əliyevin iştirak etdiyi DİF-2026 üçün “Dialoq ruhu” mövzusu əsas seçilib və bu müstəvidə aşağıdakı beş mövzu müzakirə edilməkdədir: mübahisəli dünyada əməkdaşlığın təşviqi, yeni iqtisadi artımın təmin edilməsi, insanlara investisiya qoyuluşu, innovasiyanın (xüsusən də süni intellekt və texnologiya) məsuliyyətlə miqyaslandırılması və dünya miqyasında rifahın qurulması, bütün bunlarla yanaşı, dövlət-özəl tərəfdaşlığı vasitəsilə geosiyasi dəyişikliklər, texnoloji pozuntular və iqlim problemləri ilə mübarizə aparılması. Başqa sözlə, hər ilin əvvəlində dünya iqtisadiyyatının və siyasətinin nəbzinin döyündüyü DİF bu il də mühüm geosiyasi müzakirələrlə yadda qalacaq.

Azərbaycan Prezidentinin 2007-ci ildən mütəmadi şəkildə iştirak etdiyi və bu il 18-ci dəfə qatıldığı DİF Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün mühüm bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır və bu da öz növbəsində ölkə iqtisadiyyatına xarici investisiyaları cəlb etmə imkanlarını reallaşdırmağa şərait yaradır. Bu imkanlar xüsusilə ayrı-ayrı dövlət və hökumət başçıları, həmçinin bir sıra məşhur şirkətlərin rəhbər şəxsləri ilə görüşlərdə öz real əksini tapır. Prezident İlham Əliyevin Forum çərçivəsində müsahibə və panel müzakirə zamanı səsləndirdiyi fikirlər isə bir tərəfdən qlobal təhlükəsizlik arxitekturasının böhranını, digər tərəfdən isə Azərbaycanın sülh və humanizm dəyərlərinə sadiqliyini özündə ehtiva edir. Bu baxımdan dövlət başçımız öz çıxış və fikirlərində müasir dünya üçün ən ağrılı problem-məsələlərə toxunmaqla, beynəlxalq hüququn aşınması, beynəlxalq sülhün və humanitar dəyərlərin təşviqi kimi iki məqamı xüsusi vurğulayır.

Müstəqilliyinin təxminən 30 illik tarixi ərzində ərazi bütövlüyünün pozulması kimi çox ciddi problemlə üz-üzə qalan Azərbaycan üçün beynəlxalq hüququn böhranının da elə üç on illik tarixinin olduğu şübhəsizdir. Beynəlxalq hüququn bəzi dövlətlər tərəfindən yalnız öz maraqlarına uyğun gəldikdə xatırlanması, digər hallarda isə görməzdən gəlinməsi, hətta BMT kimi qlobal sülhə cavabdeh olan beynəlxalq təşkilatın funksionallığını itirməsi dünyada sistemli böhrana səbəb olub. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qalmasının şahidi olmuş bir ölkə kimi bu reallığı hamıdan yaxşı bilir. Müasir dünyada hüququn gücünün yerini “güclünün hüququ”nun alması dünya nizamını dərindən sarsıdır. Şübhəsizdir ki, əgər beynəlxalq hüquq hər kəs üçün eyni dərəcədə icbari deyilsə, bu, qlobal xaosun və yeni münaqişələrin yaranmasına zəmin hazırlayır.

Bu baxımdan Prezident İlham Əliyevin Davosda səsləndirdiyi “Beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür” fikrini bu gün müasir beynəlxalq münasibətlər sisteminin ən böyük problemi saymaq olar. Dövlət başçısı bu kəskin qlobal reallığı əks etdirən fikirləri ilə yanaşı, Azərbaycanın timsalında vəziyyətdən optimal çıxış yolunu da göstərdi: “…beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”. Bu baxımdan, Azərbaycan Prezidentinin fikirləri təkcə bir nəzəriyyə deyil, həm də real təcrübəyə əsaslanan bir manifest kimi dəyərləndirilməlidir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında bir günlük local antiterror əməliyyatında parlaq qələbə qazanaraq, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın qalib gələn tərəf olmasına baxmayaraq, qarşı tərəfə sülh təklif etməsi ölkəmizin bütün dünyada bird aha sülhpərvər dövlət kimi tanınmasına səbəb oldu. Sözün həqiqi mənasında Cənubi Qafqaza əsl, dayanıqlı və real sülhün gətirilməsinin əsas memarı olan Azərbaycan Prezidentinin məhz bu ərəfədə 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi xüsusi əhəmiyyət kəsb edir və Azərbaycanla Ermənistan arasında davamlı sülhün yaradılmasında Prezident İlham Əliyevin müstəsna töhfəsini nəzərə alaraq, bu mükafatın Azərbaycan liderinə təqdim edilməsini təsadüf hesab etmək olmaz. Prezidentin bu mükafata layiq görülməsini özü üçün “böyük şərəf” adlandırması, Azərbaycanın gələcəkdə də bəşəri dəyərlərə, insan hüquqlarına və qlobal sülhə xidmət siyasətini davam etdirəcəyinə bir zəmanətdir.

“Zayed İnsan Qardaşlığı Mükafatı” Komitəsi də məhz bu qərara gəlib ki, Azərbaycanla Ermənistan arasında 2025-ci il avqustun 8-də ABŞ-da paraflanmış tarixi sülh müqaviləsi mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu baxımdan Mükafatın münsiflər heyətinin üzvləri 2025-ci ildə dünya üzrə bütün sülh modellərinin araşdıraraq, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə vəziyyətində olan digər regionlarda və ölkələr arasında tətbiqi üçün gözəl nümunə kimi qiymətləndirib. Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucu lideri və sabiq prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir.

Bundan başqa, Azərbaycan dünyada multikulturalizm və tolerantlığın əsas mərkəzi kimi tanınır. Dinlər və sivilizasiyalar arasında körpü rolunu oynayan Azərbaycan öz paytaxtı Bakı şəhərini “İnsan qardaşlığı” ideyasını real həyatda tətbiq edən nadir paytaxtlardan birinə çevirib. Prezident İlham Əliyev bu mükafata layiq görülməklə, Azərbaycanın sülhə, tolerantlığa və bəşəri dəyərlərə verdiyi töhfənin dünya tərəfindən yüksək qiymətləndirildiyi faktı bir daha təsdiqlənmiş oldu. Digər tərəfdən, Prezident İlham Əliyevin siyasi kursunun bütövlükdə beynəlxalq münasibətlərə töhfə olan ən mühüm tərəfi mədəniyyətlərarası dialoq və humanitar çağırışlara fəal şəkildə cavab verməkdir. Əslində mükafatın verilməsini elə bu istiqamətdə görülən işlərin beynəlxalq səviyyədə tanınması və Azərbaycanın yumşaq gücünün (“soft power”) təzahürü kimi də qəbul etmək olar.

Beləliklə, Prezident İlham Əliyevin bu günlərdəki Davos mesajları müasir tarixin dərslərindən çıxış edərək gələcəyə konseptual baxış sisteminin detalları kimi bir-birini tamamlayır: bir tərəfdən beynəlxalq hüququn mütləq bərpası və hər kəs üçün bərabər tətbiqi tələb olunur, digər tərəfdən isə dünyanı xilas edəcək yeganə yolun insan qardaşlığı və humanizm olduğu göstərilir. Azərbaycan həm döyüş meydanında öz hüququnu bərpa edən güclü dövlət, həm də beynəlxalq humanitar təşəbbüslərin önündə gedən sülhpərvər tərəfdaş kimi öz mövqeyini qlobal gündəlikdə növbəti dəfə möhkəmləndirir. Azərbaycan bu gün həm güclü ordusu və diplomatiyası ilə hüququnu qoruyan, həm də humanitar addımları ilə dünyanı sülhə dəvət edən unikal bir dövlət nümunəsidir.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri